Dr.Kamran Musayevin rəhbərliyi ilə ürəyi cırılmış xəstəyə uğurlu əməliyyat icra edildi

Xəbərlər

Ürək-damar cərrahı T.e.n. Dr.Kamran Musayevin rəhbərliyi ilə ürəyi cırılmış xəstəyə uğurlu əməliyyat icra edildi

Xəstə, 1954-cü il təvəllüdlü Ş.Q. Mərkəzi Klinikada ciddi təngnəfəslik, qarında köp, ayaqlarda şişkinlik şikayətləri ilə qəbul olunmuşdur. Təcili kateter laboratoriyasına alınaraq angioqrafiya icra edilmiş və sağ koronar arteriyasının 100% daralması aşkar edilmişdir. Anamnestik olaraq xəstə Mərkəzi Klinikaya gəlməmişdən 15 gün əvvəl miokard infarktı keçirmiş və xəstəxanada müalicə almışdır. Lakin vəziyyəti pisləşdiyindən Mərkəzi Klinikaya gətirilmişdir. Xəstəxanada aparılmış müayinələr nəticəsində məlum olmuşdur ki, infarktdan sonra xəstənin ürək kameralarından mədəciklər arasında olan çəpəri cırılmışdır. Xəstə təcili əməliyyata hazırlanaraq alınmış, əməliyyat xüsusi unikal texnika ilə icra edilərək, yamaq vasitəsilə cırılmış bölgə təmir edilmişdir. Ürək cərrahiyyəsinin ən ağır əməliyyatlarından biri sayılan bu əməliyyat cox uğurlu keçmiş və xəstə 1 həftə sonra qənaətbəxş vəziyyətdə evə yazılmışdır.

Qeyd etmək istərdik ki, əməliyyat Mərkəzi Klinika Xəstəxananın baş həkimi, ürək-damar cərrahı T.e.n. Dr.Kamran Musayevin rəhbərliyi ilə ürək-damar cərrahiyyəsi komandası tərəfindən aparılmışdır.

  • ureyi cirilmis xeste (1)
  • ureyi cirilmis xeste (2)
  • ureyi cirilmis xeste (3)
  • ureyi cirilmis xeste (4)
  • ureyi cirilmis xeste (5)
  • ureyi cirilmis xeste (6)
PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest