Damar Xəstəlikləri

Damar Xəstəlikləri

Damar patologiyalarını iki qrupa bölmək olar:

• Arteriya xəstəlikləri
• Vena xəstəlikləri

Arteriya xəstəlikləri, bütün orqanizmin arterial sisteminin problemlərini əhatə edir. Arterial problemlərin əsas səbəbi aterosklerozdur. Bunu da əmələ gətirən faktorlar ürəyin işemik xəstəliyində olduğu kimi, başda siqaret olmaqla, yaş, diyabet, qanda xolesterol səviyyəsinin yüksək olması və s. Bu xəstəliyin cərrahi müalicəsi xəstələnmiş arteriya hissəsinin süni və ya xəstənin özündən əldə edilən damarla əvəz edilməsidir.
Mərkəzi Klinik Xəstəxanada Ürək-damar cərrahiyyəsi bölməsində orqanların hər bölgəsində (döş qəfəsi, qarın boşluğu və ətraflar) arteriyaların protezləşdirilməsi əməliyyatları da uğurla aparılır. Arteriya xəstəliklərinin şikayətləri (simptomları) çox vaxt qeyri-spesifikdir (yol yeridikdə baldırda ağrılar, gecələr ayaqlarda ağrılar, ətraflarda yaraların açılması və ya açılmış yaraların sağalmaması).
Vena xəstəlikləri də ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimizin təqribən 20%-ində müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmamazlıq şəklində qarşımıza çıxır. Vaxtında lazımi müalicə aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik (ödem), xüsusilə gecələr qıcolmalar, ayaq üstü qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması (varikoz genişlənmə), baldır səthində rəng dəyişikliyi (göyərmə-qaralma) kimi şikayətlərə səbəb əla bilər. Hətta, “uleus vari-eəsum” deyilən, sağalmayan yaraya da gətirib çıxarda bilər.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest