Ürək çatışmazlığının əsas əlaməti təngnəfəslikdir. Ürək çatışmazlığının ən çox səbəbi də damar tutulmalarıdır. Bunun nəticəsində xəstələr infarkt keçirir. Ürək əzələsi zəifləyir və ürək çatışmazlığı yaranır. Ürək qapaqlarında olan xəstəliklər, ürək əzələsinin xəstəliklərində, bəzi anadangəlmə ürək qüsurları zamanı ürək çatışmazlığı əmələ gəlir. Bunun ən tipik əlaməti də təngnəfəslikdir. Bunu da ciddi qəbul edib, mütləq və mütləq həkimə müraciət etmək lazımdır.