Ürək-damar xəstəliklərinin tam müalicəsi varmı?

ÇOX SORUŞULANLAR

Ürək-damar xəstəliyi xroniki bir xəstəlikdir, tamamilə müalicəsi mümkün deyil. Müalicə yolu ilə xəstəliyin gedişatının yavaşladılması mümkündür. Amma əgər bir insanın ürəyində, damarında bir problem ortaya çıxıbsa, bu o deməkdir ki, bu insan ömrünün axırına qədər bu problemlə birgə yaşayacaq. Bizim bir çox insanlarımız hələ də “ürək damarlarımda problem vardı, filan yaxşı həkim var, müalicə yazdı, sağaldım”, yaxud da “qan təzyiqim vardı, sağ olsun, filan həkim müalicə elədi artıq təzyiqim yüksəlmir”, deyirlər. Belə bir şey yoxdur əslində. Bir insana ürək-damar tutulması, hipertoniya diaqnozu qoyulubsa, o insan ömrünün sonuna qədər həmin diaqnozla yaşayır. Çünki bugünkü təbabət  bu xəstəlikləri tamamən aradan qaldırıb müalicə etmək səviyyəsində deyil.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest