Qəfləti ölümlə rastlaşmamaq, ürək sağlamlığımızı qorumaq üçün nə etməliyik?

ÇOX SORUŞULANLAR

İstər ürək, istər digər orqanlarını qorumaq hər şeydən əvvəl insanların öz əllərindədir. İnsanlar öz sağlamlıqlarına ciddi fikir vermədikdən sonra heç bir həkim, heç bir metod ona ciddi dərəcədə kömək edə bilmir. Günümüzdə rastlaşdığımız ölümlərin, o cümlədən qəfləti ölümlərin ən əsas səbəbi ürək-damar xəstəlikləridir. Amma bir şey də var ki, biz ürək-damar xəstəliklərindən özümüzü qoruya, profilaktik tədbirlərlə ürək-damar xəstəliklərinin qarşısını ala, hətta bu xəstəliklərin inkişaf sürətini ciddi şəkildə azalda bilərik. Bunun üçün biz öz həyatımızda çox sadə dəyişikliklər etməliyik. Birincisi, biz aktiv fiziki həyat tərzi yaşamalıyıq. Yəni hamımız yaşımızdan asılı olmayaraq hər gün ən azı yarım saat, bir saat aktiv yeriməyə vaxt ayırmalıyıq. Çünki bu gün əksəriyyətimizin işi daha çox oturaq işdir, bir çoxumuz ofisdən kənara çıxmırıq. Sabit bir yerdə dayanmaqdan çəkinmək, fiziki aktivlik göstərmək lazımdır. İkincisi, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Xüsusən siqaret və digər tütün məmulatlarından istifadə kimi zərərli vərdişlərdən uzaq durmalıyıq. Üçüncüsü, yeməyimizə, içməyimizə diqqət etməliyik. Yəni çox yağlı, ətli qidalardan uzaq dursaq, meyvə və tərəvəzdən, balıq və quş ətlərindən daha çox istifadə etsək, əmin olun ki, biz özümüzə ən böyük yaxşılığı etmiş olarıq. Beləliklə, daha uzun və daha sağlam həyat tərzi sürərik.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest