Amerikadakı konfranslara qatılmaqda əsas məqsədim öz bilik və təcrübələrimi mütəmadi yeniləmək və Azərbaycanda tətbiq etməkdir

rencontre femme 65 70 ans BLOQ

visit this site right here Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Kazımoğlu Musayevin ABŞ-a işgüzar səfərinin təəssüratları

why not try here Amerika Ürək və Döş Qəfəsi Cərrahiyyəsi Cəmiyyəti (American Association for Thoracic Surgery – AATS) dünyada öz sahəsində ən “top” sayılan qurumdur. AATS Amerika ürək və döş qəfəsi cərrahlarını birləşdirən və 1917-ci ildən fəaliyyət göstərən bir qurumdur. Bu cəmiyyət tərəfindən keçirilən elmi – praktik tədbirlər, ürək – damar cərrahiyyəsi sahəsində hər zaman ən əlamətdar, aktual hadisələrdir. Ürək – damar cərrahiyyəsində dünya standartlarını təqib edən cərrah kimi bu tədbirləri daim izləməklə bərabər, həm də müntəzəm olaraq Amerika Birləşmiş Ştatlarını ziyarət edir, bu tədbirlərdə iştirak edirəm.

scottish matchmaking 2016-cı il üçün “AATS həftəsində” (bir həftə davam edən tədbirlər silsiləsini bu cür adlandırırlar) iştirak etməyi 6 ay öncədən planlaşdırmışdım və may ayında Amerikaya işgüzar səfərə getdim. Səfərimin marşrutu belə oldu : “Bakı – İstanbul – Nyu-York – Baltimor – Vaşinqton – İstanbul – Bakı”.

additional info Səfərdə olduğum bir həftə kifayət qədər yeni, aktiv, maraqlı məlumatlarla dolu, bu sahədə işləyən dostlarımı təkrar görmək və yeni insanlarla tanışlıqlarla keçdi.

about his Yenilikləri təqib və tətbiq etmək peşəmizin tələbidir

son commentaire est ici Gərgin və aktiv iş rejiminə baxmayaraq belə tədbirlərdə iştirak etməyi zəruri sayıram. Bu simpozium və konfranslara qatılmaqda əsas məqsədim ürək-damar cərrahiyyəsindəki ən müasir bilgilərlə yaxından tanış olmaq və öz bilik və təcrübələrimi mütəmadi yeniləməkdir (“upgrade”). Səbəbi isə çox sadədir: təbabət,o cümlədən ürək – damar cərrahiyyəsi sürətlə inkişaf edir və dəyişir. Əgər siz bu işi dünya standartlarına görə icra etməyi istəyirsinizsə, mütləq yenilikləri təqib etməlisiniz. Bu yeniliklər isə adətən Amerika mənşəli olur. Buna görə də mən, bu yenilikləri öz mənbəyindən birbaşa izləməyi ən effektiv yol hesab edirəm.

https://abcoop.fr/8622-dtf46269-moncompte-free-fr.html İlk 2 gün ərzində Nyu-Yorkda Aorta cərrahiyyəsi ilə əlaqədar simpoziumda (AATS Aortic Simposium) iştirak etdim. Bilindiyi kimi, aorta xəstəlikləri bütün digər xəstəliklər arasında da ən kompleks, fəsadlaşma və ölüm faizi ən yüksək qruplardan biridir. Aorta cərrahiyyəsi – mənim ürək-damar cərrahiyyəsində xüsusilə maraqlandığım və sevdiyim sahələrdən biridir. Bu simpoziumda ən əsas bilgilərdən gələcək trendlərə qədər hər şey hərtərəfli müzakirə olundu. Müzakirə edənlər isə dünyanın ən aparıcı aorta cərrahları və alimləri idi.

Yeni trendlər, yeni biliklər, yeni tanışlıqlar…

Daha sonra isə 5 gün ərzində Baltimor şəhərində “Amerika Ürək və Döş Qəfəsi Cərrahiyyəsi Cəmiyyətini illik konqresində” (AATS Annual meeting) iştirak etdim.

Baltimorda tədbir daha geniş idi və ürək-damar cərrahiyəsinin bütün sahələri əhatə edildi. Ayrı-ayrı kurslar, simpoziumlar, panellər oldu. Və burda da ürək-damar cərrahiyyəsindəki yeniliklərlə və trendlərlə birbaşa tanış oldum.

Bu səfər zamanı aldığım bilikləri və əldə etdiyim məlumatları qısaca belə qeyd etmək olar:
Aorta cərrahiyyəsindəki ən son trendlər.
Qapaq xəstəliklərinin müalicəsindəki yeniliklər.
Anadan gəlmə ürək qüsurlarının müalicəsindəki gələcək trendlər.

Bu cür ezamiyyətlərin elmi əhəmiyyətindən başqa bir çox digər üstünlükləri də var.
Ürək-damar sahəsindəki dünya liderləri ilə birbaşa təmasda oldum və elmi – praktik fikir mübadiləsi keçirdik. Məni maraqlandıran sualları bu insanlarla müzakirə etmək fürsətim oldu. AATS –in prezidenti Prof.Dr.Joseph Coselli ilə görüşümü xüsusilə vurğulamaq istəyirəm.
Eyni zamanda mən o toplantılarda ölkəmi təmsil edirdim. Amerikada görüşdüyüm bütün həmkarlarımla Azərbaycandakı ürək – damar cərrahiyyəsinin inkişafı və bugünkü səviyyəsi haqqında ətraflı məlumat verdim. Etiraf edim ki, amerikalı həmkarlarım, keçmiş SSRİ respiblikalarından birində bu tərz işlərin dünya standartlarında icra edilməsinin onlar üçün sürpriz olduğunu gizlətmirdilər.
Xaricdə gənc azərbaycanlı həkimlərlə rastlaşmaq artıq təəccübləndirmir

Amerikada olduğumu bilən bəzi soydaşlarımızla da görüşüm oldu. Sevinirəm ki, artıq ABŞ-ın məşhur klinikalarında gənc azərbaycanlı həkimlər də işləyirlər. Bir neçəsi ilə Nyu-Yorkda və Baltimorda görüşdüm. Baltimorda Dr. Həsən Babazadə adlı gənc həmyerlimizlə görüşüm xüsusilə yaddaqalan oldu. Dr. Həsən Babazadə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, anesteziologiya və reanimasiya sahəsində ciddi elmi işlərə imza atıb və Yaponiyada Kyoto Universitetində çalışdıqdan sonra Pensilvaniya Universitetindən dəvət alıb və hal-hazırda orada çalışır.

“Amerikanın səsi”nin qonağı olduq

Səfərimin sonuncu günündə Vaşinqton şəhərində “Amerikanın səsi”nə (“Voice of America”) müsahibə verdim. Bu müsahibəni, bir neçə gün sonra,VOA öz saytlarında yerləşdirdilər. (http://www.amerikaninsesi.org/a/kamran-musayevle-musahibe/3339463.html)

“Amerikanın səsi”nin Vaşinqton studiyasında Amerikada ölkəmizi təmsil etdiyimi və bu tədbirlərin mənə həkim olaraq və ölkəmiz üçün nə qədər faydalı olması haqqında danışdım.

İdman sağlamlığın rəhnidir

Okeanın o tayında keçirdiyim peşəkar görüşlər və iştirak etdiyim rəsmi tədbirlərlə yanaşı, idmanla və sağlam həyat tərzimlə də məşğul olmağa davam etdim: həm qidalanmama ciddi fikir verdim, sağlam qidalandım, müntəzəm şəkildə Nyu-York və Baltimorda sahildə qaçışlarıma davam etdim.

Mədəni istirahət – muzey gəzintisi və kitab hobbisi

Vaşinqtonda son günümdə bir neçə saatlıq sərbəst zamanımız vardı. Bu zamanımı bir neçə müzeyi ziyarət edərək keçirdim. Ən çox diqqətimi çəkən “Air and Space Museum” oldu. Buradakı eksponatlardan ən maraqlısı isə N.Armstronqun Aya addım atdığı zaman içində olduğu kapsulası oldu.

Bundan başqa, 50-ci ilərin sonu – 60-cı illərin başlanğıcında SSRİ və ABŞ arasında kosmosun kəşfi mövzusunda yarışın detalları – Yuri Qaqarinin əlyazmaları, iki ölkə alimlərinin yazışmaları və digər faktlarla tanışlıq xoş təəssürat yaratdı.

Xarici ezamiyyətlərimdə riayət etdiyim əsas qaydalarımdan biri də ürək-damar xəstəlikləri barəsindəki ən son nəşrləri almaqdır. Bu dəfə də adətimi pozmadım və bu il yenicə nəşr olunmuş ürək-damar cərrahiyyəsi kitabını aldım. Artıq Bakıdayam və bu kitabı oxumağa başlamışam. Kitabı tək cümləylə ifadə etmək lazım gəlsə, deyə bilərəm ki, ürək-damar cərrahiyyəsi bu gün budur.

  • gorush -0
  • gorush -2
  • gorush -4
  • muellif fotosu 234608
  • muzey
  • serbest
  • toplanti
  • VOA musahibe
  • gorush -1