Sağlam həyat tərzi xoşbəxtlikdir

BLOQ

Yay mövsümü gəldi. Havalar isindi. Bir çoxları bu mövsümü, artıq kilolarından qurtulmaq və aktiv həyat tərzinə başlamaq üçün fürsət kimi dəyərləndirməyi düşünür. Bu məqamda bizim də bəzi məsləhətlərimiz var.
1. Heç bir zaman başlamaq üçün gec deyil. Yəni yaşınız, cinsiyyətiniz və sosial statusunuzdan asılı olmayaraq məhz bu dəfə başlayabilərsiniz.
2. Müntəzəm idmanla məşğul olmaq/olmamaq. Müntəzəm (və ya professional)  idmanla məşğul olanlar bugünkü mövzumuzun xaricindədir. Müntəzəm idmanla məşğul olmayanlar isə aktiv həyat tərzinə və idmana başlamadan əvvəl bəzi tərəddüdlər yaşayır. Bəzi suallara cavab axtarırlar. Hansı idmanla məşğul olabilərəm? Necə başlamalıyam?
Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, biz öz orqanizmimizi (bədənimizi) tanımalıyıq. Nəyi edəbiləcəyimiz vəya edəbilməyəcəyimiz bilavasitə bununla bağlıdır.
İnsan orqanizmini xarakterizə edən ən vacib biyoloji faktor yaşdır. Hamımız yaşımızı bilirik.
Amma 40 yaşın üzərində isəniz (mənim kimi) bir az daha fikirləşməlisiniz. Mənim məsləhətim odur ki, 40 yaşın üzərində olan insanlar ağır idman növləri ilə məşğul olmamalıdır. Bu idman növlərinə futbol, basketbol, ağır atletika növləri və s. aiddir. Bəs bu qrupdakı insanlar hansı idmanla məşğul olabilər? Təəssüf ki, çoxlu alternativ təklif edə bilməyəcəm. Çünki biz yaşlandıqca, bizim sümük və əzələlərimiz də daxil olmaqla bütün orqanlarımız da “yaşlanır”. Başqa bir deyimlə, fiziki yüklənmələrə qarşı “gücümüz” azalır. Buna görə də, 40 yaşın üzərindəki insanlara, ən çox məsləhət görülən idman növləri  – yürümə, sürətli yürümə ( jogging), yüngül atletika və üzgüçülükdür.

Əgər yaşınız 40 – dan az isə (başqa deyimlə gənc isəniz) idman növünün seçimində daha sərbəst davranabilərsiniz. Özünüzə güvəndiyiniz idmana başlayabilərsiniz.
Bu idman növlərindən hər hansı biri ilə, həftədə 3- 4 dəfə, 30 – 60 dəqiqə məşğul olsaq – əla bir başlanğıc etmiş olarıq.
3.Aktiv (sağlam ) həyat tərzinə başlamaq üçün idman çox vacibdir, lakin təkbaşına kifayət deyil.
4. Zərərli vərdişlərimizdən (xüsusilə də siqaretdən və çox miqdarda alkoqoldan) birmənalı şəkildə uzaqlaşmaq lazımdır.
5. Sağlam qidalanma – sağlam həyat tərzinin ən vacib komponentlərindən biridir.
– Çox yeməyin.
— Səhər yeməyini mütləq yeyin.
— Axşam yeməyini mümkün olduğu qədər azaldın.
— Yağlı yeməklərdən uzaq durun
— Çörək başda olmaqla un məmulatlarından istifadə etməməyə çalışın ( mən çörəkdən ümumiyyətlə istifadə etmirəm)
— Qırmızı ətdən həftədə 1 dəfə istifadə edin. Quş ətini və ya balığı tərcih edin.
— Meyvə, tərəvəz və göyərtidən çoxlu istifadə edin. Meyvəni səhər və ya günorta yeməyində istifadə edin. Axşam yeməyində (və ya sonrasında) meyvə olmasın ( meyvələrin əksəriyyəti kifayət qədər kalorili qidalardır).
— Süfrələrdən duzu qaldırın. Yeməklərdə duzdan istifadə etməyin vəya minimum miqdarda olsun.
6. Yuxu
Bu barədə aparılan bütün araşdırmalar insan vücudunun sutkada ən az 7 saat yuxuya ehtiyacı olduğunu göstərir.
Ona görə də, çalışın ən az 7 saat yuxu yatabiləsiniz. Dərin yuxu yatabilmək özü də sağlamlığın bir göstəricisidir.
7. Şəxsi gigiyenanıza ( saçınızdan, dırnağınızdan başlayaraq) və təmizliyə ( geyiminizdən ətraf mühitə qədər) fikir verin.

Sağlam həyat tərzi, yuxarıda bəhs etdiklərimizin biri və ya bir neçəsi deyil. Yuxarıdakıların hamısı çox vacibdir. Hər biri haqqında kitablar yazmaq olar. Bütün bu meyarların hamısının toplusu, məncə, sağlam həyat tərzinə gətirib çıxara bilər.
Ən əsası isə, UNUTMAYIN, SAĞLAM HƏYAT TƏRZİ XOŞBƏXTLİKDİR.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest