“Dünya Ürək Günü”nün ardından

BLOQ, Manşet

Daha bir “Dünya Ürək Günü”nü də geridə qoyduq.

Fəaliyyətə başladığı 2004-cü ildən etibarən tibbi maariflənmə məsələsini hər zaman ön planda saxlayan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının “Dünya Ürək Günü” ilə bağlı tədbirlərinə öz töhfəsini verir. Keçdiyimiz illərdə bununla bağlı əsasən paytaxt Bakıda və regionlarda silsilə tədbirlər, beynəlxalq elmi-praktik konfranslar təşkil etdik. Alış-veriş mərkəzlərində geniş aksiyalar keçirildi, maarifləndirici məlumat kitabçaları paylanıldı. Bakıdakı müxtəlif uşaq evlərinin sakinləri kardioloji müayinədən keçirildi. Eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə də seminarlar təşkil olundu.

  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər

Bütün bunlarla yanaşı, “Dünya Ürək Günü”nün müxtəlif tədbirlərlə qeyd olunmasını ölkəmizdə də ənənəyə çevirdik.

“Dünya Ürək Günü” tədbirlərinin qeyd olunmasının təşəbbüskarı Dünya Ürək Federasiyasıdır. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur. “Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır.

“Dünya Ürək Günü” hər il fərqli şüarla qeyd edilir. Bu şüarlarda hər zaman ürək-damar xəstəliklərindən qorunmanın müxtəlif aspektləri diqqətə alınır. Bu ilin şüarı “Həyatına enerji qat!” (“Power Your Life”) idi.

AÜDCC tərəfindən bu il də Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirildi. AÜDCC İdarə Heyətinin qərarı ilə sentyabrın son həftəsi “Sağlam Ürək Həftəsi” elan edildi.

Bu həftə çərçivəsində 28, 29, 30 sentyabrda paytaxtda yerləşən müxtəlif alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar keçirdik. Bu aksiyalarda bizim stendlərimizə müraciət edən insanların ilkin tibbi müayinələri təşkil edildi, onların qan təzyiqi, qan şəkəri və xolesterini ölçüldü. Bu analizlərin nəticəsinə görə təkrar kardioloji konsultasiyalar aparıldı.

  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları
  • "Dünya Ürək Günü" aksiyaları

Əhalinin ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış çoxlu sayda maarifləndirici məlumat kitabçaları paylanıldı. Onu da qeyd edim ki, bu ilki məlumat kitabçalarını və broşuralarını da Dünya Ürək Federasiyasının tövsiyələri əsasında hazırladıq. İnsanları bir daha risk faktorlarını (xüsusilə qan təzyiqi, qan şəkəri və xolesterin) bilməyə və onlardan qorunmağa çağırdıq. Ürək – damar xəstəliklərindən qorunmanın yollarının çox sadə üsullarla mümkün olduğunu vurğuladıq.  Hər gün yarım saat iti addımlarla yerimək, rəqs etmək kimi sadə tədbirlərin çox faydalı olduğunu anlatdıq.

  • "Dünya Ürək Günü" kitabça
  • "Dünya Ürək Günü" kitabça

Oktyabrın 1-də isə Cəmiyyətimiz  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə Park İnn otelində beynəlxalq elmi konfrans keçirdi. Konfransımızda 300-ə yaxın kardioloq və kardiocərrah iştirak etdi. Bu konfransda ürək-damar xəstəliklərinin müalicə və profilaktikasındakı ən yeni nailiyyətləri müzakirə etdik. Ölkəmizin aparıcı kardioloq və kardiocərrahları öz təcrübələrini bizimlə bölüşdü.

  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı

Amerika Birləşmiş Ştatlarından və Türkiyədən dəvət etdiyimiz qonaqların mühazirələri isə xüsusi marağa səbəb oldu.

  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı

Konfransımızda şərəf qonağı kimi hörmətli millət vəkilimiz Qənirə Paşayeva iştirak etdi. Onun konfransımızın açılışındakı geniş çıxışı elə hesab edirəm ki, bütün cəmiyyətimiz üçün ciddi mesajlar ehtiva edirdi. Fürsətdən istifadə edərək Qənirə xanıma bu cür sosial məsələlərdəki həssaslığına görə və maarifləndirici obrazına görə minnətdarlığımı bildirirəm.

  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı
  • "Həyatına enerji qat!" elmi-praktiki konfransı

Cəmiyyətin sədri kimi bağlanış çıxışımda bir daha vurğuladım ki, kardioloq və ya kardiocərrah olmağımızdan asılı olmayaraq, ən ümdə vəzifəmiz insanlara ürək-damar xəstəliklərindən qorunmanın yollarını göstərməkdir. Çünki biz insanlarımızın və cəmiyyətimizin sağlamlığına ən çox bu yolla xidmət etmiş olarıq. Bu məqsədlə bütün kolleqalarımı sosial şəbəkələrdə daha aktiv olmağa dəvət edirəm.

“Dünya Ürək Günü” ilə əlaqədar elan etdiyimiz “Sağlam Ürək Həftəsi” ərzində alış-veriş mərkəzlərində 1000-dən artıq maarifləndirmə kitabçaları paylanıldı, 600-ə yaxın insanın ilkin tibbi müayinəsi həyata keçirildi, onlara ürək sağlamlığını qorumaq üçün vacib olan məsləhətlər verildi. “Həyatına enerji qat!” adlı elmi-praktiki konfransda 300-ə yaxın kardioloq və kardiocərrahın iştirakı ilə kardiologiya və ürək-damar cərrahiyyəsinin ən aktual məsələləri müzakirə edildi.

İnsanlarımızı maarifləndirmək üçün bu ilki tədbirlərdə sosial şəbəkələrdən  və kütləvi informasiya vasitələrindən geniş istifadə etməyə çalışdıq. Ürək-damar xəstəliklərinin müalicəsi və profilaktikası haqqında məlumatları daha çox insanımıza çatdırmaq üçün KİV-lə çalışmağa bundan sonra da davam edəcəyik. Fürsətdən istifadə edərək Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəaliyyətinə diqqət ayıran, tədbirlərimizin, aksiyalarımızın daha geniş ictimaiyyətə çatdırılmasında bizə dəstək olan televiziya, sayt, qəzet, eləcə də xəbər agentliklərinin hər birinə ayrılıqda təşəkkür edirəm.

Ürək-damar cərrahı olaraq, bir faktı da nəzərinizə çatdırmaq istəyirəm. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, həyat tərzimizdəki dəyişikliklərlə və risk faktorlarını kontrol etməklə, ürək-damar xəstəliklərinin səbəb olduğu ölümlərin ¾-nün qarşısını almaq mümkündür. Bunun üçün bu dəyişiklikləri insanlara anlatmaq və inandırmaq lazımdır. “Dünya Ürək Günü” bu məqsədimizə gedən yolda çox gözəl bir vasitədir.

Növbəti  “Dünya Ürək Günü” tədbirlərində görüşmək ümidiylə, sağlam ürəklə qalın!

Dr. Kamran Kazımoğlu Musayev

Tibb elmləri doktoru
AÜDCC-nin sədri

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest