“Kardiocərrahın ürəyindən keçənlər” | Kamran Musayev | TEDxUNEC

Manşet, Video

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Əməkdar həkim, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı da auditoriyanın xüsusi marağına səbəb olub. Öz uğur hekayəsindən söz açan tanınmış kardiocərrah arzularının arxasınca ucqar dağ kəndindən yola çıxan gəncin yaşadığı çətinliklərə baxmayaraq, əzm və iradə ilə çalışdığını nümunə çəkib. O, gənclərə uğur əldə etmək üçün anadan olduqları yerin, yaşadıqları şərtlərin və aldıqları təhsilin vacib amil olmadığını vurğulayıb: “Önəmli olan xəyallarınıza inanın və onları reallığa çevirmək üçün arxasınca gedin. Məqsədə çatmaq üçün əzmkarlıqla çalışın. Dayanmayın, daim inkişaf edin. Bu keyfiyyətləriniz olduğu müddətdə, uğur qaçılmazdır!”
TEDx UNEC / 15.12.2017 Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakultəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakultəsinə göndərilir. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub və elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahan verir. İmtahandan müvəffəqiyyətlə keçən Dr. Kamran Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakultəsində illərdir xəyalını qurduğu ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayır. This talk was given at a TEDx event using the TED conference format but independently organized by a local community. Learn more at https://www.ted.com/tedx

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest