SUAL-CAVAB

SUAL-CAVAB


    25. Çimnaz Yusifova
    Sual: Salam. Gəncə şəhər mərkəzi klinikasında uğurla açıq əməliyyat həyata keçirildi.Klinikadan evə buraxıldıqdan sonra 1hefte temperaturu oldu, üşütmə verdi və müalicəye gedəndə həkim ona yarada çirk olduğunu dedi və yaranı yenidən açıb çirkini təmizləyib gündəlik tamponlar qoyurdular.Bilmek istərdim ki, bu çirk nədən əmələ gəlib. Xahiş edirəm ki sualımıza cavab verərdiz.
    Cavab: Salam Çimnaz xanım. Keçmiş olsun. Hər şeydən əvvəl onu qeyd edim ki, Gəncədəki MərkəziKlinikada açıq ürək əməliyyatları böyük uğurla icra olunur və o regiondan olan xəstələrimizə dünya standartlarında xidmət göstərilir. Onu da qeyd edim ki, açıq ürək əməliyyatından sonra xəstələrin ortalama 2 %.nin yaralarında müxtəlif dərəcəli çirklənmə-irinləmə halları ola bilər. Bu, keçirilimş cərrahi proseduranın nəticələrindən biridir. Amma bu çirklənmə hallarının demək olar ki, hamısı, Sizin xəstənizdə olduğu kimi ikincili işləmələrlə ortadan qaldırılır. Və Sizin xəstənizə də tətbiq olunan sarğılar və cərrahi qulluq tam doğru olub. Əminəm ki,Sizin xəstənizin yaraları ən qısa zamanda, ikincili də olsa, sağalacaq.

    24. Yeganə Məmmədova
    Sual: Salam hekim. Menim ureyimde kut ağrılar olurdu, indi ise sol terefi uste yatanda, hetta uzananda bele ureyim aqriyir, ama hansi hekime gedirem hec neyin yoxdu deyirler, indi hamileyem ve cox qorxuram, mene komek edin xahiş edirem bu hansi xesteliyin elameti ola biler?
    Cavab: Salam Yeganə xanım, sizin şikayətləriniz tamamilə nevroz əlamətləridir. Ürəklə əlaqədar şikayətlər deyil. Hamilə olmağınız həqiqətən bu şikayətlərinizi artıra bilər, buna görə də mən məhləhət görərdim ki, bir nevropatoloq və ya psixoloqa müraciət edin.

    23. Eynulla Əliyev
    Sual: Salam həkim üreyimdə yaman döyüntülər olur tezyiqim çox yüksək olur.Sifətim və boyun nahiyəm qaralmağa başlayir.Nə ola bilər yardımıniza ehtiyacım var.Teşəkkür edirəm.
    Cavab: Salam Eynulla bəy. Keçmiş olsun. Sizin ən qısa zamanda bir kardioloq mütəxəssisə müraciət etməyiniz məsləhətdir. İlkin kardioloji müayinilələrdən keçdikdən sonra kardioloq həmkarım Sizə məsləhətlər edəcək və doğru yönləndirmə verəcək. Onu qeyd etmək istəyrəm ki, Sizin bu əlamətlər ciddi ürək xəstəliyinin əlaməti ola bilər. Ona görə də mənim tovsiyəm kardioloji müayinənizi gecikdirmədən etməyinizdir.

    22. Nərmin Hacıyeva
    Sual: Salam həkim. Mənim 20 yaşim var sol qolumda,kürək və sinə nahiyəmdə ağrilar olurdu hemcinin ayaqlarımda hem qis hemde yayda agrilar olur hekime muraciet etdim exokq etdiler ve her weyin normal oldugu mueyyen olundu revmatizm analizi verdim onunda neticesinde revmatizmin olmadigi awkarlandi lakin hekim yay aylarinda revmatizmin özünü gostermediyini ve revmatizm analizini payız,qış aylarinda vermeyi meslehet gordu sizce bu dogrudumu?ve sol qolumda ve sinemde olan agrinin sebebi ne ola biler?önceden çox sagolun.
    Cavab: Salam Nərmin xanım, sizin şikayətləriniz tipik nevroz əlamətləridir. Sizin kimigənc xanımlarda bu şikayətlərin ən çox səbəbi məhz nevrozdur. Ona görə də Sizin hansısa analiz verməyə və muayinədən keçməyə ehtiyacınız yoxdur. Sizin sadəcə nevropatoloqa və ya psixoloqa müraciətiniz məsləhətdir.

    21. Naz xanım
    Sual: Salam doktor. Menim anamda urek genislenmesi var. Buna mualice ehtiyacdirmi? Hekim yazmayib.
    Cavab: Salam Naz xanım, keçmiş olsun. Ürək genişlənməsi çox ciddi bir əlamətdir və altında ürəklə bağlı ciddi səbəblər olur. Hərşeydən əvvəl bu ürək genişləməsinə səbəb olan hal axtarılmalı, tapılmalıdır və bunun müalicəsi aparılmalıdır. Buna görə də ananız mütləq bir kardiloloqmütəxəssisə müraciət etməlidir.

    20. Günay xanım
    Sual: Salam Həkim.Mənim 31 yaşim var .Bilmirem nedendi menim her seher oyanan kimi ürəyim titriyir. ele gün olmurki men oyananda rahat oyanam .Mənə cavab yazsaz minnətdar olaram.nədən ola bilər?
    Cavab: Salam Günay xanım. Sizin kimi gənc xanımlarda bu şikayətlərin əsas səbəbi nevrozdur. Amma yenə də mən Sizə müəyyən qan analizləri etdirməyi məsləhət görərdim: hemoqram və qalxanabənzər vəzin hormonlarını yoxlamaqlazımdır. Əgər bu nəticələr normal isə, Siz bir nevropatoloqa və ya pxisoloqa müraciət etməlisiniz.

    19. Tural bəy
    Sual: Salam həkim. Mənim oğlumda anadan ürek qüsuru diaqnozu qoyulub 8aylıqdı.çox mürrəkəb qüsur olduğunu bildiriblər. Corrected (TGA) ebshteyn Sekundum (ASD) Trikuspid qapaqda 3-4 catişmamazliq. Sağ qulaqciq solda Sol qulaqciq sayda yerləşir ..Belə bir qüsuru sizin klinikada etmək mümkündürmü? Xahiş edirəm cavablandırasız
    Cavab: Salam Tural bəy, keçmiş olsun.Siizn uşağınızdakı qüsur həqiqətən mürəkkəb hesab olunur və əməliyyatı bizim klinikamızdakı “Anadangəlmə Ürək Qüsurları Mərkəzində” etmək mümkündür. Exo-kardioqrafiya müayinə nəticələri ilə birlikdə bizə müraciət edə bilərsiniz.

    18. Cavid Məmmədov
    Sual: Salam doktor, bağışlayın, narahat edirəm sizi. Men ozum təzyiqimi tez-tez ölçürəm, səhərlər normal göstərir, günorta maximal 130-140 olur. Hər defe ölçəndə həyəcanlanıram. Axşam bir dəfə ölçdüm, 150/100 iidi. Həkim ölçdü, 130/85 idi. Bilmək istərdim, adam oz təzyiqini düz ölçür ümumiyyətlə? Birdə men ölçəndə həyəcanlanıram, düz iki aydı qəbul eləmirəm, etli sulu yeməkləri sevmirəm, özümündə 21 yaşım var.

    Cavab: Salam Cavid bəy, ümumiyyətlə Sizin yaşınız da daxil olmaqla, yetişkin insanlarda normal qəbul edə biləcəyimiz təzyiq maksimum 140-90-dir. Hətta Sizin yaşınızı nəzərə alaraq Sizin təzyiqin 130-80 olması daha məsləhətdir. Təzyiqin 150-100 olması yaşınıza görə yüksəkdir. Bu Sizin həyəcanınıza bağlı ola bilər. Mən yenə də Sizə bir kardioloq baxışından keçməyi məsləhət edirəm.

    17. Elvin Həsənov
    Sual: Salam doktor, men bilmek isterdim menim qizimin 5 yasi var onda anadan gelem urek qusur askarlayiblar adi PDA di olcusu 2 mm bu qusur zamanla berpa ola bilermi ?

    Cavab: Salam Elvin bəy, keçmiş olsun. Qızınızdakı ürək qüsuru PDA 5 yaşından sonra özü özünə ortadan qalxması və bağlanması çox ehtimal daxilində deyil. 2 mm ölçüsündə olması kifayət qədər kiçilməsini göstərir. Hərhansı bir müdaxiləyə ehtiyacın olub olmaması üçün Sizin exo-kardioqrafiya müayinə nəticələrinizi görmək lazımdır.
    Zəhmət olmasa yeni tarixli exo-kardioqrafiya nəticələrini mənə göndərin, mən bundan sonra Sizə bu qüsurun bağlanmasına ehtiyacın olub olmamasını deyə bilərəm.

    16. Məlahət Abbasova

    Sual: Doktor hərdən bir durduğum yerdə urəyimə elə bil xəncər bıçaq batırırlar az qalır qışqırım. İki uç dəq davam edir. Ürəklə bağlı ola bilərmi? Təşəkkür edirəm.

    Cavab: Salam Məlahət xanım. Bu tipli ağrılar ümumiyyətlə ürəklə bağlı olmur. Xüsusilə gənc xanlmlardakı bu ağrılar daha çox nevroz əlamətidir. Mən Sizə nevropatoloqa və ya psixoloqa müraciət etməyinizi məsləhət görərdim.

    15: Ramil Əvəzli

    Sual: Həkim salam, mənim təzyiqim vardı saldıq aşağı ancaq ürək döyüntüsü düşmür 106-110 vurur son 3 gündür belədir valerian atıram təsir etmir, əvvəl heç bir problem yaşamamışam indiyə qədər bununla bağlı, bu normaldı keçib gedəcək yoxsa nə etmək lazımdı

    Cavab: Salam Ramil bəy, keçmiş olsun. Hər şeydən əvvəl onu qeyd edim ki, əgər təzyiq yüksəkdirsə, Siz təzyiq dərmanı daimi istifadə etməlisiniz. Və bu dərmanların təzyiqinizi çox aşağı salmaması üçün bunları mütləq həkim nəzarətində istifadə etməlisiniz.

    Ürək döyüntünüzün 106-110 olması normal deyil. Yetişkin insanlarda ümumiyyətlə ürək döyüntüsü 100-ə qədər olmalıdır. Bunun səbəbi təzyiqinizlə əlaqədar olmaya bilər. Ona görə də exokardioqrafiya muayinəsi  ilə bərabər təkrar kardiloq müayinəsindən keçməyinizə ehtiyac var. Bu, ürəkdə başqa problemin olmasına görə ola bilər.

     14: Validə

    Sual: Salam. Ürək həkimi mənə folgravit dht + fol turşusu kapsulu yazıb. Bu nəyə görədir? Ürəyə xeyri varmı?

    Cavab: Salam, Validə xanım. Qeyd etdiyiniz dərmanların ürək xəstəlikəri müalicəsində rolu isbat olunmayıb. Ona görə də hər hansı ürək xəstəliyinizdən ötrü bu dərmanların istifadə olunması məqsədə uyğun deyil. Validə xanım, ürəyinizdə problemin nə olduğunu bizə bildirsəniz, biz Sizə kömək edərik.

    13. Orxan Qurbanov

    Sual: Salam hekim. Menim 25 yawim var 2 ay erzinde kureyimin yuxari hissesinden agri tutur ele bil dewirler kureyimi qabag hisseye vurur ve sol terefden yayilir agri sol qolumdada 1 az agri olur hardasa guclu agri 20 30 deqiqe davam edir sonra kesir xaiw edirem cavab verseniz sevinerem qorxulu hecne yoxdu urekle bagli

    Cavab: Orxan bəy salam, Narahat olmayın, Sizin bu şikayətləriniz Sizin yaşınızda çox qarşılaşdığımız nevrozla əlaqədardır, yəni ürəklə bağlı deyil. Sizin şikayətlər tamamilə nevroz əlamətləridir. Əgər Sizi çox narahat edirsə br psixoloq ya psixiatra müraciət edə bilərsiniz. Bəzən gənc oğlanlarda bu tərz ağrılar əzələ ağrıları da ola bilər, xüsusilə də Siz aktiv idmanla məşğul olursanızsa, bunlar əzələ ağrısı da ola bilər Əgər idmanla aktiv məşğul olursunuzsa, idmanın intensivliyini azaldmağı məsləhət edirəm.

    12. Sahilə Qələndərova

    Sual: Salam doktor, meni narahat eden urek doyuntusudu,panik ataklar var, 3defe exokq etdiler herwey normaldi dediler axirinci exokqda mitral qapagin on payinin yungul prolapsi qeyd olunur,bu ne ile elaqedardi qorxuludumu?evveler bogulma olurdu ama bir ara sakitlewdirici qebul etdim indi olmur,iki usaq anasiyam her ikisi keyseriyye ile olub qeyd edim mende taxikardiya panik ataklar kimi hallar kecen qish kecirdiyimiz suciceyinden 2ay sonra basladi,onaqeder hecbir shikayetin yoxuydu

    Cavab: Salam Sahilə xanım. Sizing şikayətləriniz əsasən nevroz və panik atakla bağlıdır. Bu hallarda nevroz və panik atakın müalicəsi ilə bu şikayətlər keçir. Exokardioqrafiyada mitral qapağın ön tayının yüngül prolapsının aşkalanması ciddi əlamət deyil. Əhalinin 20 %-ə yaxınında bu hal mövcuddur və Sizdə qeyd etdiyininz şikayətlərə səbəb olmaz. Buna görə də siz bir psixologa və ya psixitatra müraciət etməlisiniz. Bu mövzularda kardiloqa müraciət etməyə ehtiyac yoxdur.

    11. Namiq

    Sual: Salam doktor. Size bir sualim var doktor menim yaxin bir qohumuma diaqnoz qoyulub urek qulagciglarin genislenmesi . Siz nize ne meslehet gorerdiz bununla bagli kime muraciet edek ?

    Cavab: Salam Namiq bəy, keçmiş olsun. Ürək qulaqcılarının genişləməsinin səbəbini dəqiqləşdirmək lazımdır. Bunun üçün bir kardioloqa müracitə etməlisiniz və exo kardioqrafiya müayinəsindən keçməlisiniz. Bunun nəticəsindən genişləmə səbəbləri aydın olacaq. Ürək qulaqcıqlarının genişlənməsi ürəkdəki ciddi problemlərin xəbərçisi ola bilər. Buna görə də bunun səbəblərini aşkarladıqdan sonra o səbəbi də ortadan qaldırmaq lazımdır.

    10. Sevinc Musayeva

    Sual: Salam doktor. Mənim 1ci övladımda 27 heftelik ana qarnında dopler müayinəsində ürək qüsuru aşkarlanmışdı. Fetalexokardioqrammada qüsurun adı DORV idi.Ürəkdə deşik və DORV var idi. Öyrənmək istəyirəmki bu cür uşagları əməliyyat edirsizmi? Mənə suni doğuş məsləhət gördülərki çətin və maddiyatı böyük əməliyyatlardi..Mənimçün çox çətindi…Bu qüsur nədən əmələ gəlir dəqiq deyə bilərsizmi?

    Cavab: Salam Sevinc xanım. Öncəliklə keçmiş olsun. Ürəkdə deşik və DORV(Double outlet right ventricle) əməliyyat olunabilər. Yəni müalicə olunmayan bir qüsur deyil. Süni doğuş üçün mütləq göstəriş deyil. Səbəbləri tam məlum deyil. Bəzi hallarda qohum evlilikləri, ananın qidalanması, hamiləlik dövründə keçirdiyi xəstəliklər, siqaret və alkoqoldan istifadə olunması  səbəb olabilər. Bəzi hallarda isə bunların heç biri olmadan da bu qüsurlar meydana gələ bilər.

    9. Cəlil Abbaslı

    Sual: Salam Kamran həkim. Sizi bir vacib məsələ ilə bağlı narahat edirəm. Sizdən bir yaxınım ( nənəm) üçün məsləhət almaq istəyirəm. Demək bir neçə gün öncə nənəmin təzyiqi yüksəlib və o mədəsində ağrı olmasını söyləyib . Mədə həkiminə aparıblar orda təzyiqin ürəyə təsir etdiyi aşkara çıxıb. Yəni infarktdan bircə an ayırıb onu. Bir az da gec olsaydı infarkt olacaqdı. Demək həkim ona tərpənməməyi tapşırıb . Xəstəxanada yatmağa razı olmadığına görə də hal-hazırda evdə müalicəsini davam etdirir. Həkim müalicə yazıb. Mənə maraqlı olan əsas sualı vermək istəyirəm. İndi bu vəziyyətdə infarkt olmaq ehtimalı nə qədərdir ? Nə infarkta səbəb ola bilər ? Bir də ürəyinin ağrısı zaman zaman bədəninin başqa- başqa hissələrinə vurur(kürəyinə, çənəsinə və s.). Bu normal haldırmı? Çox xahiş edirəm təcrübənizə əsasən ən dolğun cavabı verəsiniz.

    Cavab: Salam Cəlil bəy. Keçmiş olsun. Nənəmizdə qeyri -stabil stenokardiya vəya kəskin koronar sindrom (bir növü ürək infarktı) mövcuddur. Hər şeydən əvvəl onu deyim ki; bu vəziyyətdə bir xəstənin evdə müalicə olunması doğru deyil. Ağırlaşma vəya daha ciddi problemlər olabilər. Xəstəxanaya yatırılmalı və angioqrafiya(anjio) müayinəsindən keçməlidir. Bu nəticəyə görə, kardioloq sizə uyğun müalicə taktikasını söyləyəcək.

    8. Saida 

    Sual: Menim Atam texminen 2 ay siddetli agrilarla xestexanaya apardiq. keskin miakart infakt ele hemin gunu stend qoydular 1 damara.damar da 99 % kecmezlik vardi. sonra yaxsi Idi hardasa 5 gun olar gozu qaralir umumi halsiz olur istahi olmur.bu neden ola biler. bir damar da da kecmezlik 80 % tezyiq 130 90 olur.

    Cavab: Salam Saida xanım. Öncəliklə keçmiş olsun. Stentdən sonra göz qaralması, halsızlıq arzu olunan əlamətlər deyil. Mütləq kardioloqunuza müraciət etməlisiniz.

    7. Elxan Abdullayev

    Sual:  Salam doktor.İlk öncə Size can sağlığı,uzun ömür,işlərinizdə uğurlar arzulayıram.Doktor cox xahiş edirəm sualımı cavablandırardız.Atamın 1 ildən coxdur yüksək təzyiqi olur (100-180)(110-200).Uzun muddətdir dərmandan istifadə edib aşağı salirıq.Deyim ki,təzyiq belə qalxanda atam onu az vaxtlarda hiss edər, yəni bas agrısı demək olar ki, olmaz.Urəyində az ağrılar olur o da həmişə yox.1 ay bundan qabaq hekimə apardım.Urəyin kordioqrammasın cixartdilar,stres testinden kecdi,boyrək damarlari usm olundu və qandan bezi analizler.Boyrəkdə bir problem cixmadi.Stres testinə hekim baxanda urəyində damar tixaniqligi oldugunu dedi və anju deyilen bir əməliyyatin edilmesinin soyledi.Atamin 58 yasi var.İlkin olaraq bir mualice yazib.Anju olunmayib.Amma təzyiq yenede cox vaxt 100-160 olur.Yazdigi dermanlar Prestarium 5,Komkor 2.5mg, Rosvask 20mg, Trombo Ass 75mg.Doktor siz ne deyerdiz ilkin olaraq bunun sebebini?Onceden tesekkur edirem

    Cavab: Salam Elxan bəy. Öncəliklə keçmiş olsun. Atanızda ürək damar xəstəliyinin (ürəyin işemik xəstəliyi) əlamətləri var. Yazılan dərmanlar tam uyğundur. Amma koronar angioqrafiya(anjio) müayinəsindən mütləq keçməlidir. Anjio nəticəsi olmadan tam dəqiq müalicə taktikasını müəyyənləşdirə bilmirik. Bu xəstəliyin səbəbləri haqqında mənim mövzu ilə əlaqədar məqalə və çıxışlarıma baxa bilərsiniz.

    6. Habil Quliyev

    Sual: Salam həkim ürək ritmi bir dəqqədə 45-50 arası vurur bunun səbəbin bilmək istəyirəm.

    Cavab: Yetişkin bir insanda ürək vurğularının sayı 60 – dan az isə bu normadan aşağı deməkdir. Çox müxtəlif səbəbləri ola bilər. Xəstənin yaşı, cinsiyyəti, yanaşı xəstəlikləri nəzərə alınaraq ətraflı incələnməlidir.

    5. Sahib Bəylərov

    Sual: Hörmətli Kamran doktor, Mərkəzi Neftçilər Xəstəxanasında yaxın qohumun Transezofaqial Exokardiografiya Testi olunmuşdur.İstərdim Siz testin diskine ve protokoa baxasınız. Lütfən Sizinlə nə zaman görüşə biləcəyim barədə mənə yazasiniz. Telefonla zeng edib vaxtinizi almaq istəmədim. Sizn şəfalı əlləriniz 2012-ci ildə atami həyata qaytardı, bu gün də sizə duaçıdır.

    Cavab: Həftəiçi hər gün saat 09.00 – 10.00 arası müraciət edə bilərsiniz. Nəticələri birlikdə müzakirə edərik.

    4. Hacı Məmmədli

    Sual: Salam hekim.menim 16 yawim var.mendr mewq qabaqi ureyim tez tez doyunmeye basdadi.cuzi aqrilarda oldu. Bu ne sebebden ola biler?

    Cavab: Yaşla əlaqədar bu cür hallar ola bilər. Narahat olmayın.

    3. Namiq Musayev

    Sual: salam həkim.menim sol qolumda keylesme olur hemcinin dos qefesinde .14.01.2016 sizin klinikada muayineden kecdim EKQ+EXO+qan analizleri muayinesi normal cixdi.bu neden ola biler?

    Cavab: Bu şikayətlər ürəklə əlaqədar deyil. Digər səbəbləri axtarmaq lazımdır. Xüsusilə gənclərdə ən çox səbəb nevrozdur.

    2. Könül Şirinova

    Sual: Salam!Ùrek emeliyyati olan wexs siqaret ceke biler?

    Cavab: Könül xanım, biz ümumiyyətlə siqaretin istifadə olunmasını məsləhət görmürük. Xüsusilə də, ürək əməliyyatı keçirmiş insanlara birmənalı olaraq məsləhət deyil. Çünki, məhz siqaretin özü ürək xəstəliklərinin ən əsas səbəblərindən biridir.

    1. Zəka Məmmədov

    Sual: Hekim menim anamin zob xesteliyi var idi, sonra emeliyat olundu, indide aparata saldirib deyilirki yeniden zob emele gelib. 52 yasi var. Hekimler deyibki sinirleri cox pozulub, birde ureyinin arxa sol kamerasinda problem oldugunu deyirler. Illerdir mualice alir ama hec yaxsi deyil. Men elede imkanli biri deyilem ama herseyimi vermeye haziram, teki duzelsin. Siz ne meslehet vererdiniz? Tesekkur edirem

    Cavab: Yaxşı bir endokrinoloq həkimə müraciət edin. Çox böyük ehtimalla ürək şikayətləri də zoba bağlıdır.