Qapaq Xəstəlikləri

Qapaq Xəstəlikləri

Ürək xəstəliklərinin arasında mühüm yer tutan ürəyin qapaq xəstəliyidir ki, o 2 yerə bölünərək, anadangəlmə və qazanılmış olur. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirdilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, onda cərrahi müalicəyə başlanılır. Cərrahi müalicə iki cür tətbiq edilir: qapağın bərpası (xəstənin öz qapağı qorunub saxlanılır) və qapağın protezləşdirilməsi (bərpanın mümkün olmadığı hallarda qapağı xüsusi olaraq hazırlanmış protezlərlə əvəz edilir).
Qapaq protezləşdirilməsi bioprotezlərlə (müxtəlif canlılardan götürülür) və ya mexaniki protezlərlə icra edilir. Mexaniki protezlərdən istifadə etdikdən sonra xəstələr ömrü boyu qan durulaşdırılan dərmandan (kumadin) istifadə etməlidirlər. Bioprotezlərdə isə onlardan istifadə olunmur, lakin bioprotezlərin ömrü mexaniki protezlərə nisbətən azdır. Ona görə də, xüsusi ilə cavan xəstələrdə mexaniki protezlərdən daha çox istifadə edilir. Beləliklə, qapaq xəstəliklərinin tam adekvat müalicəsi, onun vaxtında aşkarlanmasından çox asılıdır. Məhz bu səbəblə xəstələrin vaxtında həkimə müraciət etməsi xəstəliyin tam müalicəsinə kömək edir. Uzun müddət qapaq xəstəliyi olan xəstələrin ürək boşluqlarında böyümə və ya ürək əzələsində yığılma gücündə azalma olur ki, bu da əməliyyatın riskini artırır. Bu gün qapaq əməliyyatları ürək cərrahiyyəsinin standart proseduralarından biri kimi, dünyanın bir çox mərkəzində və Mərkəzi Klinikada Ürək-Damar Cərrahiyyəsi bölməsində aparılır.

Davamı

Koronar şuntlama əməliyyatı

Koronar şuntlama əməliyyatı

Tıxanmış koronar arteriyaların qidalandırdığı ürək əzələsi, orqanizmin müxtəlif hissələrindən (döş sümüyünün arxasından, qoldan, baldırdan və s.) əldə edilən damarlar vasitəsi ilə yenidən qidalandırılr. Beləliklə, qanla təmin olma problemi olan ürək əzələsi yenidən qidalanır və infarktın qarşısı alınır. Hər keçirilən infarkt ürək əzələsinin bir hissəsinin ölümü ilə nəticələnir. Ölkəmizdə təəssüf ki, bu cür xəstəliklərin sayı artmaqdadır. Amma onlar koronar şuntlama əməliyyatı keçirmirlər. Halbuki, dünyanın bir çox mərkəzlərində və ölkəmizdə Mərkəzi Klinik Xəstəxananın Ürək-Damar Cərrahiyyəsi bölməsində koronar şuntlama əməliyyatı 1-2% risklə, müvəffəqiyyətlə tətbiq olunur. Bu əməliyyatın riskini artıran ən vacib səbəb daha əvvəlcədən keçirdiyi infarktla əlaqədar olaraq ürək əzələsindəki zədələnmə və ürəyin yığılma qabiliyyətinin azalmasıdır. Bunların qarşısını almaq üçün (əməliyyat şansını itirməməsi və ya əməliyyat riskini artırmaması üçün) vaxtında lazımi müayinələrdən (stress testi, exokardioqrafiya, angioqrafiya) keçməli və lazım gələrsə balon/stent və ya şuntlama əməliyyatı keçirilməlidir. Koronar şuntlama əməliyyatının 2 əsas faydası var: bunlardan birincisi. miokard infarktının qarşısını alaraq xəstənin ömrünü uzatmaq; ikincisi isə, yaşadığı müddətdə xəstənin ağrısız və təhlükəsiz həyat sürməsidir.

Davamı

Damar Xəstəlikləri

Damar Xəstəlikləri

Damar patologiyalarını iki qrupa bölmək olar:

• Arteriya xəstəlikləri
• Vena xəstəlikləri

Arteriya xəstəlikləri, bütün orqanizmin arterial sisteminin problemlərini əhatə edir. Arterial problemlərin əsas səbəbi aterosklerozdur. Bunu da əmələ gətirən faktorlar ürəyin işemik xəstəliyində olduğu kimi, başda siqaret olmaqla, yaş, diyabet, qanda xolesterol səviyyəsinin yüksək olması və s. Bu xəstəliyin cərrahi müalicəsi xəstələnmiş arteriya hissəsinin süni və ya xəstənin özündən əldə edilən damarla əvəz edilməsidir.
Mərkəzi Klinik Xəstəxanada Ürək-damar cərrahiyyəsi bölməsində orqanların hər bölgəsində (döş qəfəsi, qarın boşluğu və ətraflar) arteriyaların protezləşdirilməsi əməliyyatları da uğurla aparılır. Arteriya xəstəliklərinin şikayətləri (simptomları) çox vaxt qeyri-spesifikdir (yol yeridikdə baldırda ağrılar, gecələr ayaqlarda ağrılar, ətraflarda yaraların açılması və ya açılmış yaraların sağalmaması).
Vena xəstəlikləri də ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimizin təqribən 20%-ində müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmamazlıq şəklində qarşımıza çıxır. Vaxtında lazımi müalicə aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik (ödem), xüsusilə gecələr qıcolmalar, ayaq üstü qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması (varikoz genişlənmə), baldır səthində rəng dəyişikliyi (göyərmə-qaralma) kimi şikayətlərə səbəb əla bilər. Hətta, “uleus vari-eəsum” deyilən, sağalmayan yaraya da gətirib çıxarda bilər.

Davamı

Anadangəlmə Ürək Qüsurları

Anadangəlmə Ürək Qüsurları

Bizə çox məlum olmayan səbəblərə görə, ana bətnində inkişafın düzgün getməməsi nəticəsində ürək quruluşunda anormallıq əmələ gəlir. Anadangəlmə ürək qüsurları əsasən iki qrupa bölünür.

• Asiyanotik (ağ qüsurlar)
• Siyanotik (göy qüsurlar)

Ölkəmizdə də ürək qüsuru ilə uşağı doğulan ailələr var və təəssüf ki, çox vaxt bu problemin həlli olmadığı fikirləşilir. Halbuki, dünyada və Azərbaycanda ağ qüsurların hamısı, göy qüsurların isə böyük hissəsi “Tam düzəltmə (total korreksiya) əməliyyatı ilə tamamilə ortadan qaldırılır.
Ürək-Damar Cərrahiyyəsinin bu günkü imkanları ilə cərrahi kömək göstərə bilmədiyimiz ürək qüsuru çox nadirdir. Xəstələr bu əməliyyatdan sonra tamamilə normal insan kimi həyatlarına davam edirlər.
Ailələr bu imkanlardan faydalana bilmək üçün uşaqlarında ürək qüsuru olduğunu bilən kimi (göyərmə, tez yorulma, təngənəfəslik, tez-tez ağciyər infeksiyası keçirməsi, ümumi inkişafdan geri qalma və s.) həkimə müraciət etməli və uşaqlarını lazımi müayinələrdən keçirməlidirlər.

Davamı

Uzmanlıq diplomu

Sertifikat və diplomlar

  • Uzmanlıq diplomu

Davamı

İstanbul Universiteti, Tibb doktoru diplomu

Sertifikat və diplomlar

  • İstanbul Universiteti, Tibb doktoru Diplomu

Davamı

Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti

Üzvü olduğu tibb təşkilatları

1996 – Türkiyə Ürək- Damar Cərrahiyyəsi Cəmiyyəti, üzv

  • Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin üzvlük sertifikatı

Davamı