Sabaha saxlamayaq -“Orqan transplantasiyası” – 10.06.2020

Manşet, Video

Orqan köçürülməsi: yeni qanun nəyi dəyişəcək?
Qonaqlar
1. Rəşad Mahmudov – millət vəkili, Səhiyyə Komitəsinin sədr müavini
2. Mircəlal Kazımi – ümumi cərrah -transplantoloq, Azərbaycan Respublikası və Qafqazda ilk dəfə olaraq qaraciyər transplantasiyasını edən həkim, səhiyyə əlaçısı, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Tibb üzrə fəlsəfə doktoru
3. Kamran Musayev – Mərkəzi Klinik Xəstəxananın baş həkimi
4. Qənirə Paşayeva – millət vəkili

Davamı

Koronavirusun peyvəndi nə vaxt tapılacaq? – Prof. Dr. Kamran Musayev cavablandırır

Manşet, Video

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru, Professor Kamran Musayev AZTV-də yayımlanan Koronavirusinfo proqramında Koronavirus pandemiyası əleyhinə peyvəndin nə vaxt tapılacağı və dünya səhiyyəsinin bu virus əleyhinə mübarizəsi barədə danışıb.

Davamı

Prof. Dr. Kamran Musayev Xəzər Aktual proqramının qonağı olub / 30.03.2020

Manşet, Video

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru, Professor Kamran Musayev Xəzər TV-nin “Xəzər Aktual” proqramında qonaq olub və koronavirus pandemiyası ilə aparılan mübarizə barədə fikirlərini bölüşüb.

Davamı

KORONAVİRUSUN RİSK QRUPLARI – Real İntervyu

Manşet

KORONAVİRUSUN RİSK QRUPLARI – “VİRUSA YOLUXMAMAQ ÜÇÜN KARANTİN QAYDALARINA ƏMƏL ETMƏK LAZIMDIR”

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru, Professor Kamran Musayev Real TV-nin suallarını cavablandırıb.

Davamı

Prof. Dr. Kamran Musayev Yeni Müsavatın “Müzakirə masası” verilişində qonaq olub

Manşet, Müsahibələr, Video

Yeni Müsavat-ın “Müzakirə Masası ” verilişində dünyanı bürüyən və Azərbaycanda da insanları narahat edən koronovirusun xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəsi, ürək-damar xəstəliklərinin artım səbəbləri, ölkədə ürək cərrahiyyəsi sahəsində vəziyyət və sair məsələlər müzakirə olunub. Sualları Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Prof. Dr. Kamran Musayev cavablandırıb.

Davamı

Ürək xəstəliklərindən ölənlərin sayı niyə artır? – APA TV, Sosium proqramı

Manşet, Müsahibələr, Video

Kimlər ürək xəstəliyi riski daşıyır? Yaşayış tərzimizdə nələrə diqqət etməliyik? APA TV-nin “Sosium” verilişinin qonaqları – Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev və Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov sualları cavablandırıb.

Davamı

“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalı nəşr edilib

Manşet, Müsahibələr, Video

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsis etdiyi “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktiki jurnalının təqdimatı olub. Cəmiyyətin sədri, Prof. Dr. Kamran Musayev Real TV-nin “Real İntervyu” proqramında sualları cavablandırıb, jurnalın nəşrinin zərurəti və əhəmiyyətindən danışıb.

Davamı

“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

Manşet, Xəbərlər

Fevralın 28-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsis etdiyi “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub.

Cəmiyyətin sədri, professor Kamran Musayev jurnalın ölkəmizdə ürək və damar cərrahiyyəsinin inkişafında çox önəmli rol oynayacağını, xüsusilə, ürək-damar cərrahiyyəsinin elmi-praktik səviyyəsinin yüksəlməsinə öz töhfəsini verəcəyini bildirib: “Jurnalımız ürək və damar xəstəliklərinin bütün aspektləri (diaqnostika, müalicə, profilaktika) üzrə aparılan klinik və fundamental elmi tədqiqatları özündə əks etdirəcək. Eyni zamanda, ürək-damar cərrahiyyəsinin spesifikliyini nəzərə alaraq, anesteziologiya və reanimatologiya, pediatriya, invaziv radiologiya, perfuziologiya və tibb bacılığı sahəsində aparılan elmi-praktik tədqiqatların nəticələrinə də yer veriləcək. Beləliklə, ürək və damar xəstəliklərinin tədqiq olunmasına kompleks yanaşmağı düşünürük. Bu yanaşmanın nəticəsində jurnalımız həm bu sahədə elmi tədqiqat aparan alimlərə, həm də ürək və damar xəstəlikləri ilə məşğul olan praktik həkimlərə və səhiyyə işçilərinə çox faydalı olacaq.

Prof. Dr. Kamran Musayev bildirib ki, elmi-praktik jurnalın təsisçisi olan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2004-cü ildən etibarən rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Ötən illərdə Cəmiyyətin ən ümdə vəzifəsi ölkəmizin ehtiyacı olan gənc kadrların hazırlanmasına və ürək-damar cərrahiyyəsinin dünya standartlarına çatdırılmasına xidmət etmək olub. Cəmiyyət 15 illiyini dövri jurnalın nəşrinə başlayaraq qeyd edir: “Jurnal Cəmiyyətin üzvləri başda olmaqla, ürək və damar xəstəlikləri ilə maraqlanan həmkarlarımız üçün ən böyük elmi platforma olacaq. Belə ki, jurnalda elmi məqalələr Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində və ildə iki dəfə nəşr olunacaq. Bu, həm xarici həmkarlarımızın elmi tədqiqatlarının nəticələrinin bizim jurnalımızda nəşr olunmasına imkan verəcək, həm də yerli tədqiqatçılarımızın əsərlərinin beynəlxalq aləmdə daha asan yayılmasına şərait yaradacaq. Ən böyük hədəflərimizdən biri isə jurnalımızın qısa zamanda elmi-tibbi jurnalların beynəlxalq bazalarında yer almasına nail olmaqdır”.

  • w_1615829051595949041652_1000x669
  • w_161582905159499985840_1000x669
  • w_1615829051594301324402_1000x669
  • w_161582905159289342600_1000x669
  • w_1615829051591768223227_1000x669

Davamı

Prof. Dr. Kamran Musayev Lider TV-nin “Xəzərin sahilində” proqramında qonaq olub

Manşet, Müsahibələr, Video

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Lider TV-də yayımlanan “Xəzərin sahilində” proqramında qonaq olub.

Davamı

Prof. Dr. Kamran Musayev İctimai TV-nin “Sabaha saxlamayaq” proqramında qonaq olub

Manşet, Müsahibələr, Video

İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar aparılan müzakirələrdə Prof. Dr. Kamran Musayev də iştirak edib.

Davamı