Blog
Tıxanmış koronar arteriyaların qidalandırdığı ürək əzələsi, orqanizmin müxtəlif hissələrindən (döş sümüyünün arxasından, qoldan, baldırdan və s.) əldə edilən damarlar vasitəsi ilə yenidən qidalandırılr. Beləliklə, qanla təmin olma problemi olan ürək əzələsi yenidən qidalanır və infarktın qarşısı alınır. Hər keçirilən infarkt ürək əzələsinin bir hissəsinin ölümü ilə nəticələnir. Ölkəmizdə təəssüf ki, bu cür xəstəliklərin sayı artmaqdadır. Amma onlar koronar şuntlama əməliyyatı keçirmirlər. Halbuki, dünyanın bir çox mərkəzlərində və ölkəmizdə Mərkəzi Klinik Xəstəxananın Ürək-Damar Cərrahiyyəsi bölməsində koronar şuntlama əməliyyatı 1-2% risklə, müvəffəqiyyətlə tətbiq olunur. Bu əməliyyatın riskini artıran ən vacib səbəb daha əvvəlcədən keçirdiyi infarktla əlaqədar olaraq ürək əzələsindəki zədələnmə və ürəyin yığılma qabiliyyətinin azalmasıdır. Bunların qarşısını almaq üçün (əməliyyat şansını itirməməsi və ya əməliyyat riskini artırmaması üçün) vaxtında lazımi müayinələrdən (stress testi, exokardioqrafiya, angioqrafiya) keçməli və lazım gələrsə balon/stent və ya şuntlama əməliyyatı keçirilməlidir. Koronar şuntlama əməliyyatının 2 əsas faydası var: bunlardan birincisi. miokard infarktının qarşısını alaraq xəstənin ömrünü uzatmaq; ikincisi isə, yaşadığı müddətdə xəstənin ağrısız və təhlükəsiz həyat sürməsidir.