Kamran Musayev: Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində Azərbaycan kardiologiya və ürək-damar cərrahiyyəsi bu gün dünya ilə rəqabət aparacaq səviyyəyə yüksəlib
Mayın 13-dən 15-dək “Gülüstan” sarayında II “Bakı Ürək Günləri” beynəlxalq konqresi keçirildi. Tədbirdə dünyanın 25 ölkəsindən 600-dən artıq nümayəndə iştirak edirdi. Üç gün davam edən toplantıda kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində dünyada qazanılan üstün təcrübə, ən son yeniliklər barədə fikir mübadiləsi aparıldı. Tədbirin təşkilatçısı olan Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev konqreslə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb.
– Kamran müəllim konqresin keçirilməsində əsas məqsəd nə idi?
– Bildiyiniz kimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 2004-cü ildə təsis edilib. Cəmiyyəti yaratmaqda əsas məqsədimiz o idi ki, Azərbaycanda kardioloqları və ürək-damar cərrahlarını bir araya toplayıb, AÜDCC-nin bayrağı altında onların fəaliyyətini təşkil edək, eləcə də, həkimlərimizin elmi-praktik səviyyələrini yüksəldə bilək. Müasir dövrdə bunun ən asan yollarından biri də, məhz, belə elmi-praktik tədbirlərin keçirilməsi, eləcə də, kardioloqlarımızın xarici ölkələrdə təşkil olunan analoji tədbirlərdə iştirakını təmin etməkdir. Elə bu məqsədlə də ölkəmizdə “Bakı Ürək Günləri” adı altında konqres keçirməyə qərar verdik və buna nail olduq. Artıq ikinci dəfədir ki, bu missiyamızı uğurla həyata keçirə bilirik.
– Maraqlıdır, bəs nə üçün konqresi Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etməyə qərar verdiniz?
– Konqresi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində təşkil etməyimiz heç də təsadüfi deyil. Yeri gəlmişkən qeyd edim ki, iki il əvvəl təşkil etdiyimiz analoji konqres Ulu öndərimizin anadan olmasının 86-cı ildönümünə, builki tədbirimiz isə Ümummilli liderimizin anadan olmasının 88-ci ildönümünə həsr olunmuşdu. Mən belə hesab edirəm və inanıram ki, bugünkü Azərbaycan kardiologiyası və ürək-damar cərrahiyyəsi, ümumilikdə götürdükdə isə, Azərbaycan tibb sahəsinin bu gün gəldiyi yüksək səviyyə məhz Ulu öndərimizin adı ilə bağlıdır, Onun uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Hələ respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə Ulu öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, tibb kadrlarının hazırlanmasına da çox ciddi diqqət verirdi. Gənclərimizin keçmiş SSRİ-nin aparıcı tibb universitetlərində təhsil almalarını təmin edirdi. O, əmin idi ki, həmin tələbələr 5 ildən, 10 ildən sonra yüksək ixtisaslı kadrlar kimi respublikamıza dönəcək və soydaşlarımızın sağlamlığının keşiyində dayanacaqlar. Ulu öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamıza rəhbərliyə gələndə Azərbaycanda vəziyyət çox gərgin idi. Ölkə demək olar ki, vətəndaş müharibəsi ilə üz-üzə dayanmışdı. Lakin Onun müdrik siyasəti nəticəsində, tez bir zamanda ölkədə stabillik bərqərar oldu, cəbhədə atəşkəs elan edildi, ordu quruculuğuna başlanıldı. Ölkə iqtisadiyyatının dirçəldilməsinin təməli qoyuldu. Sözsüz ki, həmişə olduğu kimi, kadr hazırlığı məsələsi yenə də Ümummilli liderimizin diqqətindən yayınmadı. Hər zaman olduğu kimi, səhiyyə sahəsinin dirçəldilməsi, milli kadrların hazırlanması yenidən diqqət mərkəzində oldu. Gənclərimiz yenidən ali tibb təhsili almaq üçün dünyanın nüfuzlu universitetlərinə göndərildilər. Məhz Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra atılan həmin təməllərin üzərində inkişaf edən Azərbaycan səhiyyəsi, o cümlədən, kardiologiya və ürək-damar cərrahiyyəsi bugünkü səviyyəsinə yüksəlmişdir. Ulu öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə apardığı məqsədyönlü siyasət nəticəsində bu gün artıq Azərbaycan kardiologiyası və kardiocərrahiyyəsi dünya ilə rəqabət aparacaq səviyyəyə yüksəlib. Təvazökarlıqdan uzaq da olsa, deyərdim ki, respublikamızda öz inkişaf tempinə görə kardiologiya və kardiocərrahiyyə səhiyyə sahələri arasında ilk sıradadır.
– Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında dünyadakı ölüm hallarının 50 faizdən çoxunun məhz ürək çatışmamazlığı xəstəliyi ucbatından baş verdiyi göstərilir. Bəs Azərbaycanda bu statistika necədir?
– Tamamilə doğru deyirsiz. Çox təəssüf ki, tibb elminin bu qədər inkişafına rəğmən, dünyada ölümə və hətta əlilliyə səbəb olan xəstəliklər ararsında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Dünya üzrə ümumi ölüm hallarının 50-60 faizi məhz bu xəstəlik ucbatından baş verir. İkinci sırada isə onkoloji xəstəliklər, o cümlədən, şiş xəstəliyi gəlir. Amma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2010-cu il üçün açıqladığı statistikaya diqqət yetirsək, onkoloji xəstəliklərlə müqayisədə ürək-damar xəstəliklərindən ölənlərin sayı arasında ən azı iki dəfədən artıq fərq olduğunu görərik. Bu hal, təbii, Azərbaycanda da müşahidə olunur. Konqresin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayevin də söylədiyi kimi ötən il respublikamızda 29400 insan ürək xəstəliyi nəticəsində dünyasını dəyişmişdir. Keçən il qeydə alınmış ölüm hallarına diqqət yetirsək, bu xəstəlikdən ölənlərin sayının, dünyadakı tendensiyaya paralel olaraq, birinci sırada olduğunu görərik. Təkcə ötən il 105 min nəfər yeni ürək xəstəsi qeydə alınmışdır. Bu isə göstərir ki, dünya ölkələrində olduğu kimi, Azərbaycan üçün də bu xəstəlik çox aktualdır və bütün səhiyyə təşkilatlarımızın ən vacib diqqət yetirməli olduğu sahə də elə, məhz, kardiologiya və ürək-damar cərrahiyəsidir.
– Statistikadan söhbət düşmüşkən, bəs, ürək-damar xəstəliyinin yaş dövrü haqda nə demək mümkündür? Bu xəstəlik respublikamızda “cavanlaşırmı”?
– Ümumiyyətlə, ürək-damar xəstəlikləri, əsasən, nisbətən yaşlı nəslə məxsus olan xəstəlikdir. Həm bizim, həm də xarici ölkələrdəki həmkarlarımızın müayinə və müalicə etdiyi xəstələrin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Amma təəssüflə qeyd etmək istərdim ki, bu xəstəliyin yaşı həm respublikamızda, həm də dünyada getdikcə “cavanlaşır”. Biz indi daha cavan xəstələri müayinə və müalicə edirik. Burada söhbət uşaqlarda rast gəlinən anadangəlmə qüsurlardan getmir, bu ayrı bir söhbətin mövzusudur. Dünya alimlərinin gəldiyi qənaət belədir ki, ürək-damar xəstəliyinin “cavanlaşmasının” əsas səbəbi XXI əsrdə insanların daha çox stressli, yüksək temperamentli bir həyat tərzi yaşaması, qidalanma rejiminə diqqət yetirməməsi, fiziki aktivliyin, təəssüf ki, azlıq təşkil etməsi, tütün məmulatları və alkoqollu içkilərə alüdəçilik, eləcə də, hazır qidalardan daha artıq miqdarda istifadə edilməsidir. Bütün bunlar son nəticədə ürək-damar xəstəliklərinin daha da “cavanlaşmasına” gətirib çıxarır.
– Sizcə, Bakıda keçirilən bu tədbirin səviyyəsi, eləcə də, konqresdə müzakirə olunan məsələlər, dinlənilən məruzələr dünya ölkələrində keçirilən analoji toplantılarla eynilik təşkil edirdimi?
-Tam səmimiyyətlə və əminliklə söyləyə bilərəm ki, bəli, II “Bakı Ürək Günləri” beynəlxalq konqresi hər cəhətdən – istər iştirakçılar baxımından, istər müzakirə olunan məsələlər baxımından – dünyada keçirilən bu tip konqreslərlə eynilik təşkil edirdi. Bunu iki cəhətdən dəyərləndirmək lazımdır. Birincisi, bu, nəticə etibarilə bir elmi konqres idi. Bizim burada müzakirə etdiyimiz məsələlər kardiologiya və ürək cərrahiyyəsi sahəsinin ən aktual mövzuları idi. Biz bir tərəfdən amerikalı həmkarlarımızla ürək köçürülməsi sahəsində ən son nailiyyətləri müzakirə edərkən, digər tərəfdə Belçikadan gəlmiş həmkarlarımız robotlarla ürək cərrahiyyəsinin aparılmasından danışırdılar. Və ya başqa sessiyada hazırda dünyada hansı xəstələrin necə açıq əməliyyata ehtiyacı olmadan müalicə olunmasını müzakirə edirdik. Bu məsələlər dünyanın istənilən yerində keçirilən analoji konqreslərin əsas mövzularıdır. Mən, Amerika və Avropa Ürək Cərrahiyyəsi cəmiyyətlərinin üzvü kimi, vaxt tapdıqca ildə ən azı iki-üç dəfə ABŞ və digər ölkələrdə keçirilən konqreslərdə iştirak edirəm.Tam əminliklə söyləyə bilərəm ki, Bakıda müzakirə olunan mövzular dünya tibb elmini narahat edən ən aktual məsələlərə həsr olunmuşdu.
İkinci isə, konqresin təşkilatı işini xüsusi olaraq qeyd etmək istərdim. Toplantıda iştirak edən xarici qonaqlar öz çıxışlarında dəfələrlə vurğuladılar ki, Bakıdakı tədbir, həm iştirakçıların sayı və tərkibinə görə, həm də müzakirə olunan mövzular baxımından çox yüksək səviyyədə təşkil olunub.
Sadəcə bir faktı qeyd etmək istərdim ki, bizim konqresdə rəsmi qeydiyyatdan keçən iştirakçıların sayı 1400 nəfərdən artıq idi. Dünya praktikası belədir ki, əgər tədbir üçün 1000-dən artıq iştirakçı qeydiyyatdan keçibsə, bu, artıq beynəlxalq konqres hesab olunur və dünya üzrə uyğun kataloqlara düşür.
– Bəs dünyada tanınmış kardioloq-alimlərin konqresdə iştirakı haqda nə deyə bilərsiniz?
– Builki konqresdə 24 ölkədən 170-dən artıq xarici alim-kardioloqlar iştirak edirdilər. Bunların sırasında ABŞ-dan gəlmiş, dünyada ürək xəstəlikləri sahəsində ilk sıralarda olan xəstəxananın cərrahı və direktoru professor Riçard Daly da vardı. Mənə elə gəlir ki, kardiologiya və ürək-damar cərrahiyyəsi ilə maraqlananlar üçün bu ad kifayət qədər tanışdır. Bundan əlavə, dünyada ən çox ürək köçürmüş cərrahlardan biri – İngiltərədən olan professor-doktor Asghar Khaghani konqres iştirakçıları arasında idi. Digər qonağımız isə Belçikadan olan professor Jean-Luis Jansens- dünyada robotla ən çox ürək əməliyyatı icra etmiş mütəxəssisdir. Siyahını uzadıb vaxt aparmaq istəməzdim. Qısası onu deyə bilərəm ki, Bakı konqresində iştirak edənlər, öz ölkələrində bu sahədə məşhur olan, dünyanın bir nömrəli avtoritet sahibi olan alimlər, bu işin ən qabaqcıl həkimləri idilər.
– Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Kadr potensialımızı nəzərdə tuturam..
– Əlbəttə, ürək-damar xəstəliklərinin müalicəsində ölkədə lazımi kadr potensialının olması bu sahənin inkişafının ən vacib şərtidir. Bəs, bir qədər əvvəl, əbəs yerə o ifadəni işlətmədim ki, Ulu öndərimizin uzaqgörən siyasəti respublikada lazımi sayda tibb mütəxəssislərinin hazırlanmasını da əhatə edirdi. Əgər bu siyasətin nəticəsində biz həkimlər ötən əsrin 90-cı illərinin əvvəllərində təhsil almaq üçün xarici ölkələrə göndərilməsəydik, 2000-ci illərdən sonra ölkədə yüksək ixtisaslı kadrları tapmaq müşkül olardı. Mən özüm Türkiyədə təhsil almışam, İstanbul Universitetinin məzunuyam. Ürək-damar cərrahiyyəsi üzrə rezidentura müdafiə işlərini də Türkiyədə bitirmişəm. Bir müddət İstanbul, daha sonra isə Londonda fəaliyyət göstərmişəm.
90-cı illərdə xaricə təhsil almaq üçün göndərilən tələbələr artıq 2000-ci illərin əvvəllərində vətənə qayıdaraq öz bilik və bacarıqları ilə səhiyyəmizin inkişafına töhfələr verməyə başladılar, müstəqil Azərbaycanımızda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına səbəb oldular. Sonrakı illərdə bu kadrların sayı daha da artmağa başladı. İndi onlar özləri Azərbaycanda kadrlar yetişdirməkdədirlər. Əgər 10 il geriyə baxsaq, müqayisə aparsaq, indi respublikada ürək-damar cərrahiyyəsi sahəsi üzrə yetərincə kadrlarımızın olduğunu görərik. Mən inanıram ki, bizim dövlətimiz səhiyyə islahatlarını bu şəkildə davam etdirəcəyi təqdirdə, 5 ildən sonra ölkəmizdə kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində kadr hazırlığı bügünkündən qat-qat üstün olacaqdır.
– Yəni, başqa sözlə desək, bu gün respublikadakı mövcud xəstəxanalarda ürək cərrahiyyəsi sahəsində problemlər aradan qalxıb və bu tip xəstələrin müalicə üçün daha xarici ölkələrə getməyə ehtiyacı qalmayıb?
– Tam əminliklə deyə bilərəm ki, bu gün heç bir ürək əməliyyatı üçün xarici ölkəyə getməyə ehtiyac yoxdur. Bu gün respublikamızda, təkcə Mərkəzi Klinik Xəstəxanada (MKX) deyil, bir sıra digər tibb mərkəzlərində də kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çox uğurlu əməliyyatlar aparılır və onlar dünya standartlarına uyğun şəkildə icra olunurlar. Artıq bizim vətəndaşlarımızın əməliyyat üçün xarici ölkələrə getmələrinə ehtiyac qalmayıb. Çox yaxşı xatırlayıram, 2000-2001-ci illəri. O zaman, MKX-da fəaliyyətə başladığım ilk illərdə, belə xəstələrimizin böyük əksəriyyəti xaricə üz tuturdular. Sevindirici haldır ki, üstündən 10 il keçdikdən sonra respublikada vəziyyət tamamilə dəyişib. İndi xəstələrimiz ölkəmizdə müayinə və müalicə olunmağı üstün tuturlar. Bu zaman həm pullarına qənaət etmiş olurlar, həm də vaxtlarına. İndi ürək-damar xəstələrinin cərrahiyyə əməliyyatı üçün xaricə üz tutulmasına çox nadir hallarda rast gəlirik. Amma ümumilikdə götürdükdə, xəstələrimiz, başda MKX olmaqla, yerli şəraitdə müalicə olunmağa üstünlük verirlər.
Və indi biz tam tərsini söyləyirik. Azərbaycan həkimlərinin kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində qazandıqları uğurların nəticəsidir ki, bu gün qonşu dövlətlərdən olan xəstələr əməliyyat olunmaq üçün ölkəmizə üz tuturlar. Mənim MKX-da əməliyyat etdiyim xəstələr arasında ABŞ, İngiltərə, Hindistan, Pakistan, Rusiya, Ukrayna və digər ölkələrin vətəndaşları da var. Doğrudur, onlar burda çalışan və müvəqqəti yaşayan xarici ölkə vətəndaşlarıdır. Hətta, əməliyyat etdiyim xəstələr sırasında xarici ölkələrin səfirləri də var. Bu da faktdır ki, əgər onlar burada əməliyyat olunmağa razılıq verirlərsə, demək Azərbaycan həkimlərinin peşəkarlığına etibar edirlər. Bundan əlavə, əməliyyat etdiyimiz xəstələr arasında Orta Asiya respublikalarından gələnlər də var. Doğrudur, bəzən belə söz-söhbətlər eşidirik ki, guya bizdə əməliyyatlar çox bahadır. Amma tam səmimi söyləyirəm, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində aparılan əməliyyatlar xarici dövlətlərdə, o cümlədən, Türkiyədə aparılan əməliyyatlardan qat-qat ucuz başa gəlir.
Yeri gəlmişkən, söyləyim ki, doğrudur, Azərbaycan ürək köçürülməsi, süni ürək qoyulması əməliyyatlarına hələlik öz imzasını atmayıb. Amma MKX-da bununla bağlı xüsusi bir proqram hazırlanıb. Hazırda bu iş artıq son mərhələsinə gəlib çatıb. Biz artıq süni ürək cihazlarını ölkəyə gətirmişik. Əminəm ki, çox yaxın vaxtlarda xəstələrə süni ürək cihazlarının implantasiyasına da başlaya biləcəyik.
– Kamran müəllim, konqresdə diqqət çəkən məqamlardan biri də burada türkdilli ölkələrdən olan çoxlu mütəxəssislərin iştirak etməsi idi. Gələcəkdə həmin mütəxəssisləri birləşdirən vahid bir qurum yaratmaq niyyətiniz varmı?
– Bəli, belə bir fikrimiz var. Buna həm biz, həm də Türkiyə və Orta Asiya respublikalarından olan həmkarlarımız tərəfdardırlar. Ötən ilin oktyabrında Antalyada keçirilən Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin konqresində həmin respublikalardan olan nümayəndələr toplaşaraq, Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi Birliyi adı altında konfederativ bir təşkilatın yaradılması haqda qərar verdilər, bunun üçün ilkin müzakirələr aparıldı. Bakıda keçirilən bu konqresdə isə biz təkrar toplaşaraq yenidən bu məsələni müzakirə etdik. Əminəm ki, Bakı görüşündən sonra bu istiqamətdə daha bir inamlı addım atılmış oldu və çox yaxın illərdə biz qarşımıza qoyduğumuz bu məqsədə nail ola biləcəyik.
– Adətən analoji beynəlxalq tədbirlərdə səslənən məruzələr sonradan kataloq halında nəşr olunur. Bu sahə ilə maraqlanan mütəxəssislər internet vasitəsi ilə həmin materiallarla tanış olurlar…
– Sözsüz, bizim konqres də tam şəkildə beynəlxalq standartlar səviyyəsində təşkil olunmuşdu. AÜDCC-nin saytından əlavə, ötən ilin dekabrında konqresə məxsus “www.bakuheartdays.az” ünvanlı ayrıca bir sayt yaradılmışdı ki, burada konqresdə səslənəcək məruzələr, müxtəlif hesabatlar yerləşdirilmişdi. Bundan əlavə, kitab şəklində çap olunmuş həmin məruzələri qeydiyyat zamanı konqres iştirakçılarına paylanılırdı ki, iştirakçılar həmin məruzələrdən daha çox yararlana bilsinlər. Hesab edirəm ki, yerli mütəxəssislərimiz həmin məruzələrdən çox fayda əldə etdilər. Əgər ümumiləşdirsək, deyə bilərəm ki, II “Bakı Ürək Günləri” beynəlxalq konqresi Azərbaycan kardiologiyası və ürək-damar cərrahiyyəsinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb oldu. Və inanıram ki, artıq II “Bakı Ürək Günləri” konqresindən sonra, özüm də daxil olmaqla, bütün azərbaycanlı mütəxəssislər öz praktik fəaliyyətimizdə mütləq müəyyən şeyləri dəyişdirəcəyik, burada topladığımız təcrübəni öz əməli işlərimizdə tətbiq edəcəyik.
– Maraq doğuran məsələlərdən biri də o idi ki, konqres iştirakçıları arasında gənc həkimlər üstünlük təşkil edirdi. Bunu necə şərh edərdiniz?
– Məsələyə ümumi yanaşsaq, respublikamız gənc olduğu kimi, kardiologiya sahəsi də gəncdir. Odur ki, ölkəmizdə kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan həkimlərimiz də nisbətən gənc nəslin nümayəndələridir. Bunu çox müsbət hal kimi qiymətləndirirəm. Digər tərəfdən isə gənc həkimlərimizin bu konqresə belə böyük maraq göstərməsini məni çox fərəhləndirir. Azərbaycan kardiologiyasının gələcəyi üçün mən çox ümidliyəm. Və bizim konqresin faydalarına gəldikdə isə, hesab edirəm ki, burada bir çox elmi-praktiki nəticələr oldu. Birincisi, Azərbaycandan olan həmkarlarımız kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində dünyada tanınmış mütəxəssislər-alimlərlə birbaşa təmasda olmaq şansı əldə etdilər, onların fikirləri ilə tanış oldular, ikitərəfli əməkdaşlıq, münasibətlər qurmaq fürsəti qazandılar. İkincisi isə, kardiologiya və ürək-damar cərrahiyyəsinin ən aktual problemlərini dünyanın bu sahədəki qabaqcıl mütəxəssisləri ilə birgə müzakirə etmək fürsəti qazandılar. Konqresdə hər məruzədən sonra, sual-cavab bölümü olurdu və hesab edirəm ki, bu müzakirələrdə iştirak edən həkimlərimiz öz təcrübə və biliklərini artırmaq üçün yetərincə faydalana bildilər. Əminəm ki, azərbaycanlı həkimlər bu konqresə qatılmaqla kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çox ciddi biliklər əldə etmiş oldular və burada qazandıqları təcrübələri öz gündəlik praktik işlərində tətbiq edə biləcəklər. Bu isə respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi işinin daha yüksək səviyyəyə qalxmasına səbəb olacaqdır.
Yeri gəlmişkən, konqresin başqa bir üstün cəhətini də qeyd etmək istərdim. Tədbir çərçivəsində biz qonaqlar üçün sosial proqram da hazırlamışdıq. Buraya dənizkənarı Milli parkda gəzinti, tariximizin daş yaddaşı olan İçərişəhərə səyahət, eləcə də, gəmi ilə dəniz səyahəti daxil idi. Qonaqlar Xəzər dənizindən günü-gündən inkişaf edən gözəl Bakımızı seyr etməkdən, xüsusən də onun gecələr valehedici gözəlliyindən doya bilmirdilər. Tam əminliklə deyə bilərəm ki, xarici ölkələrdən gəlmiş mütəxəssislər, buradan Azərbaycan kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsinin inkişafı haqda məlumat almaqla yanaşı, Azərbaycandan çox böyük təəssüratlarla ayrıldılar. Belə ki, onlar dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğı ilə bərabər, buradakı inkişafı, paytaxtda aparılan böyük tikinti və quruculuq işlərini, abadlığı, insanların firavan həyat tərzini öz gözləri ilə görmüş oldular. İnanıram ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan haqda, onun mədəniyyəti, xalqı, adət-ənənələri, milli mətbəx nümunələri haqda zəngin təəssüratlarını öz ailələrində, dost-tanışları ilə bölüşəcəklər, respublikamız haqda müsbət fikirlər səsləndirəcəklər, həkim olmalarına baxmayaraq, Azərbaycanın təbliğatçısına çevriləcəklər.
– Kamran müəllim, əgər ümumiləşdirmə aparsaq, konqresin faydasını necə xarakterizə edərdiz?
– Bu suala birbaşa cavab vermədən öncə bir haşiyə çıxmaq istərdim. Biz təşkilatçılar üçün ən önəmlisi o idi ki, konqresə dövlət tərəfindən xüsusi diqqət ayrılmışdı. Və konqres iştirakçıları bunun canlı şahidi oldular. Bu dəstəyin bariz nümunəsi isə cənab Prezidentimiz İlham Əliyevin təbrik məktubu idi. Səhiyyə nazirinin müavini Elsevər Ağayev cənab Prezidentin konqres iştirakçılarına ünvanladığı məktubu oxudu. Bu zalda olan hər bir iştirakçını sevindirdi. Fürsətdən istifadə edərək, cənab Prezident başda olmaqla, Səhiyyə Nazirliyi, eləcə də, Xüsusi Tibb Xidmətinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Məhz onların dəstəyi ilə biz bu konqresi belə yüksək səviyyədə təşkil edə bildik. Və əlbəttə ki, cənab Prezidentin konqresə belə diqqət yetirməsi, təbrik etməsi, bizi həm ciddi olaraq ruhlandırdı, həm də bizə stimul verdi. Digər tərəfdən isə üzərimizə çox ciddi məsuliyyətlər qoydu. Odur ki, Azərbaycan kardioloqları olaraq, önümüzdəki illərdə öz fəaliyyətimizi daha da yüksək səviyyəyə qaldırmaq, respublikamızdakı kardiologiya və ürək-damar cərrahiyyəsinin adını dünyayada daha çox eşitdirmək üçün bir növ özümüzü borclu hesab edirik.
O ki qaldı sualınızın birbaşa cavabına, düşünürəm ki, II “Bakı Ürək Günləri” beynəlxalq konqresinin ən böyük faydalarından biri də o oldu ki, biz Azərbaycan kardiologiyası və ürək-damar cərrahiyyəsini dünyaya yetərincə təbliğ edə bildik. Əminliklə qeyd etmək istərdim ki, mən Azərbaycan kardiologiyası və ürək-damar cərrahiyyəsinin gələcəyini çox parlaq görürəm. İnanıram ki, yaxın beş ildə Azərbaycan kardiologiyası və ürək-damar cərrahiyyəsi II “Bakı Ürək Günləri” konqresindən sonra qədəm qoyduğu yeni keyfiyyət mərhələsində çox ciddi nailiyyətlər əldə edəcək və bu nailiyyətlər həm Azərbaycan səhiyyəsinə, Azərbaycan kardiologiyasına, həm də dünya kardiologiyasına ciddi töhfələr verəcək.
– Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.
– Mən də öz növbəmdə, konqresə göstərdiyiniz diqqətə görə qəzetinizin kollektivinə təşəkkür edirəm, oxucularınıza isə sağlam həyat və cansağlığı arzulayıram.