Blog
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayevin Milli.Az xəbər portalına müsahibəsi.
– Azərbaycanda ürək xəstəlikləri ilə bağlı vəziyyət necədir? Son vaxtlar hansı xəstəliklərlə bağlı müraciətlər artıb?
– Belə hesab edirəm ki, Mərkəzi Kilinik Xəstəxanaya və digər xəstəxanalara ən çox müraciətlər ürək-damar xəstəliklləri ilə əlaqədardır. Bu tək bizim respublikaya xas xüsusiyyət deyil. Bu gün bütün dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlik ürək-damar xəstəlikləridir. Ona görə də təbii olaraq bunun nəticəsində bizə müraciət edən xəstələrdə çoxluğu ürək-damar xəstəlikləri təşkil edir.
– Son vaxtlar ölkəmizdə ürək-damar xəstəliklərinin artması qabarıq şəkildə özünü göstərir. Bu xəstəliklərin geniş yayılması əsasən nə ilə əlaqədardır?
– Ürək-damar xəstəliklərinin yaranma səbəblərinə baxdıqda, bir səbəbdən bəhs etmək qeyri-mümkündür. Bu çox səbəbli xəstəlikdir. Xəstəliyi yaradan səbəblər arasında başlıca olaraq tütün və tütün məhsullarından istifadə olunması, qan təzyiqinin, şəkər xəstəliyinin yüksək olmasını, mətbəximizin, yemək-içmək vərdişlərinin piylənmə və kökəlmənin olmasını, qanda xolestrin və digər qan yağlarının yüksək olmasını göstərə bilərəm. Məhz bu səbəblərin birinin və bir neçəsinin nəticəsində həmin xəstəliklər ortaya çıxır.
– Ürək-damar xəstəlilərinin ilkin əlamətləri nədir?
– Xəstəliyin əlamətlərindən əvvəl özümüzün ürək-damar xəstəlikləri cəhətdən risk halımızı bilməliyik. Bilməliyik ki, aşağı, orta, yoxsa yuxarı risk qrupundayıq. Əgər ailədə 40 yaşında infaktdan vəfat edən varsa, bu o deməkdir ki, mən yuxarı risq qrupundayam. Ona görə də, yaşım 40 olmadan sonra bunu nəzərə alıb heç bir əlamət və şikayət olmadan həkimə müraciət etməliyəm. Ürək-damar xəstəliklərinin digər xəstəliklərdən fərqli xüsusiyyəti var. Bu xəstəlikləri ən şanslı və ən şanssız qruplara ayırıram. Ən şanssız qrup heç bir şikayət olmadan qəfləti ölüm olur. Kiminsə ailəsində belə hal varsa, həmin şəxslər özlərinə diqqət yetirməlidir. Ürək ağrısının olması həkimlər üçün ən ciddi olan əlamətdir. Döş qəfəsinin sol tərəfində olan ağrılar, xüsusən də qadınlarda müşahidə olunan və sol qola vuran ağrı ürək ağrısı deyil. Tipik ürək ağrısı döş qəfəsinin  orta hissəsində olan, arxaya və hər iki qola vuran ağrılardır. Bu ciddi əlamətdir. Belə halda mütləq kardioloqa müraciət edilməlidir. Bu ağırılar infaktın göstəriciləridir. Hər keçirilən infakt insan ömrünün 5 il azalması deməkdir. 65 il yaşayacaq insan bir dəfə infakt keçirirsə, demək o, 60 il yaşayacaq.
– Bu xəstəliklər irsidirmi?
– Urək-damar xəstəlikləri birmənalı şəkildə irsidir. Xüsusilə aildə ana və atada, o cümlədən cavan yaşlarda ürək-damar xəstəlikləri ortaya çıxıbsa, biz riskli qrupda oldugumuzu bilməlliyik.
-Ürək-damar xəstəliklərinə ən çox hansı yaşlarda rast gəlinir?
-Bu xəslətik yaşlı təbəqənin xəstəliyidir, daha dəqiqləşdirsək, 40 yaşdan sonra daha çox rast gəlinir. Qadınlar bu sahədə şanslıdır. Onlarda hormonal statusuna görə 5 illik fərq var. Qadınlarda menapauzadan sonra bu xəstəlik artır. Ümumi  götürdürkdə 40 yaşdan sonra ürək-damar xəstəlikləri artır. İnsanlar 40 yaşından sonra ildə bir dəfə kardioloji müayinədən keçməlidir.
– Ölkəmizdə kardioloji xəstəlikllərin müalicəsinin səviyyəsi necədir?
– Hazırda 9 ildir Azərbaycanda işləyirəm. Mərkəzi Kilinik Xəstəxana açılandan bü günədək keçən 9-10 illik müddətə nəzər saldıqda, birmənalı şəkildə deyə bilərəm ki, respublikamızın inkişafı, bir az da dəqiqləşdirsək, səhiyyəmizin inkişafının göstəricisini görmək istəyiriksə, kardiologiya və karido-cərrahiyyənin inkişafına baxmaq kifayət edir. 10 il bundan əvvəl bu xəstələrin müalicə , hətta diaqnoz qoyulması üçün xarici ölkələrə üz tuturdurlar. 2001-2002-ci illərdə Mərkəzi Klinik Xəstəxanada fəaliyyətə başladığım dövrdə bunun şahidi olmuşam. Amma bu gün mən bir azərbaycanlı kimi, qürurla deyə bilərəm ki, xəstələrimizin hamısı birmənalı şəkildə respublikamızda müalicə olunur. Diaqnoz ölkəmizdə qoyulur, bütün müdaxilə və əməliyyatlar respublikamızda aparılır. Hətta bu gün tam tərsinə olub, qonşu ölkələrdən, keçmiş sovet respublikalarından bizə xəstə axını başlayıb. Hər keçən il qonşu ölkələrdən əməliyyət etmək üçün gələn xəstələrin sayı artır. Bu da respublikamızda kardiologiyanın və kardio-cərrahiyyəniin nə dərəcədə inkişaf etdiyini göstərir.
– Bəs belə olan halda, xəstələrimiz niyə İrana, Türkiyəyə üz tuturlar?
– Dediyiniz hallar ola bilər. Buna etiraz etmirəm. Ancaq 10 il əvvəl ilə müqayisə etdiyimiz zaman bu statistika müqayisə olunmayacaq dərəcədədir. Artıq tendensiya tam tərsinə dəyişib.
– Burada qiymət amili rol oynayırmı?
– Bəzi insanlarımız elə bilir ki, ürək əməliyyatları respublikamızda Mərkəzi Kilinik Xəstəxana başda olmaqla baha icra olunur, qonşu və digər xarici ölkələrdə bu əməliyyat daha ucuz icra olunur. Mən artıq Azərbaycanda 10 il bu işlə məşğul olan adam kimi tam əminliklə deyə bilərəm ki, Mərkəzi Klinik Xəstəxanada, eyni zamanda respublikanın digər xəstəxanalarında bu əməliyyatlar bütün qonşu ölkələrimizin hamısından daha ucuz qiymətə icra olunur. Bir çoxlarından da daha keyfiyətili icra olunur. Ona görə, bunları insanlarımaza, həmvətələrimizə doğru şəkildə çatdıra bilmirik. Bəlkə də bizim problemli qalan sahəmiz elə buradır. Bunu isə jurnalistlərin də köməkliyi ilə həmvətənlərimə çatdırmalıyıq.
– Məsələn, ürəkdə aparılan şuntlama əməliyyatı sizin xəstəxanada neçəyə başa gəlir?
– Konkter olaraq rəqəm ifadə etdmək istəmirəm. Bir şey deyə bilərəm ki, ən yaxın qonşu ölkəmiz olan İran, Türkiyə və Rusiyadakı qiymətdən iki qat ucuzudur. Bu rəqəm Avropaya doğru getdikdə isə 10, ABŞ-da isə 20 dəfəyə qədər yüksəlir. Bizdə əməliyyat çox ucuz icra olunur. Şahidi olduğugum hallar olub ki, xəstə ucuz əməliyyat olunmaq üçün xarici ölkəyə gedib, amma düşündüyündən də yüksək qiymətə başa gəlib.
– Ürək əməliyyatlarından sonra ölüm hallarına rast gəlinirmi?
– Şübhəsiz. Bəzən kütləvi informasiya vasitələrində həkimlər tərəfində idafə olunan  müsahibələrə rast gəlmişəm ki, ürək əməliyyatında ölüm halı yoxdur. Bu düzgün deyil. Ölüm halları var, bu doğrudur. Bütün cərrahiyyə əməliyyatlarının ölüm faizi var. Bütün dünyada səhiyyə və kardiologiyanın inkişafına baxmayaraq, əliliyə və ölümə səbəb olan xəstəlilər içərisində ürək-damar xəstəlikləri birinci yeri tutur. Bu gün kor bağırsaqdan edilən əmliyyatın da ölüm faizi var. Ürək əməliiyalarında dünyada müəyyən olunan ölüm dərəcəsi 1-2%-ə bərabərdir. Sevindirici haldır ki, bu gün Mərkəzi Klinik Xəstəxananın nəticələri dünya ilə paralellik təşkil edir. Bu ölüm və digər ağırlaşmaların faizidir. Mərkəzi Klinik Xəstəxanada bu halların hamısı əməliyyatdan əvvəlki dövrdə xəstə və ya xəstənin yaxınlarına ətraflı şəkildə izah edilir. Çünki bu işin beynəlxalq qayda və norması budur ki, xəstə və xəstənin yaxınlarına həkim tərəfindən ətraflı məlumat verilsin. Onların şifahi və yazılı razılığı alındıqdan sonra əməliyyat icra olunur. Yuxarıda vurğuladığım 1-2 % risk həmin xəstələtin 98-99%-nin qurtulması, həyatlarına davam etməsi deməkdir. Çünki ürək xəstəliləri həyati problemdir. Ürək əməliyyatları da həyati bir əməliyyatdır. Bu hansısa estetik və ya gözəlləşmək üçün icra olunan əməliyyatlar deyil. Bunlar bütün hallarda xəstənin həyatını qurtarmaq üçün olunan əməliyyatdır.
– Sizin xəstəxananın ürək əməliyyatından sonra dünyasını dəyişən xəstənin yaxınları tərəfindən hər hansı məhkəmə çəkişməsi olubmu?
– Bu gün dünyada olduğu kimi bizdə də ürək-damar xəstəlikləri əməliyyatlarıın 60 faizi aorta-koronar şuntlama əməliyyatlarıdır. Bu ürək-damar xəstəliklərinin müalicəsində tətbiq edilən cərrahi metoddur. Bizim xəstəxanada 9-il müdətində 6000-dən artıq əməliyyat icra etmişik. Çox şükürlər ki, biz belə bir məhkəmə ilə üzləşməmişik.
– Hazırda ölkəmizdə ürəkköçürmə əməliyyatları aparılmır. Bu nə ilə əlaqədardır?
– Daxili orqanların transplantasiyası ilə bağlı mediada ciddi yazılar oldu. Bəzi kilinikalrla bağlı ciddi problemlər oldu. Hətta məsələyə hüquq-mühafizə orqanları müdaxilə etdilər. Orqan köçürməsi hər şeydən əvvəl hüquqi və sosial bir məsələdir. Bu orqan köçürməsini etmək üçün də məsələnin hüquqi və sosial bazası tam təmin olunduqdan sonra bu işlər olunmalıdır. Çünki məsələnin hüquqi və sosial bazasını tam təmin etmədən bu işləri etsək, bizim də bu klinikaların üzləşdiyi problemlərə bənzər və daha ciddi problemlər yaşana bilər. Ona görə də əminəm ki, Azərbaycanda orqan köçürməsi və ürək köçürməsi ilə əlaqədar məsələnin hüquqi bazası tam təmin olunacaq. Bundan sonra biz də ürək başda olmaqla, digər orqanların köçürülməsinə başlayacağıq.
– Bu gün Mərkəzi klinik Xəstəxananın infrastrukturu və kadr potensialı Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirməyə imkan verirmi?
– Bu gün bizim xəstəxananın infrastruktru və kadr potensialı imkan verir ki, həm ürək və digər orqanların köçürməsini uğurla həyata keçirək. Mərkəzi Klinik Xəstəxananın bütün sahələrdə oturuşmuş ənənələri formalaşıb. Bu ənənələrin də ən başda gələni, elə məni Azərbaycana və Mərkəzi Klinik Xəstəxanaya bağlayan, orada çalışmağa sövq edən əsas səbəb odur ki, biz hər hansı sahədə yenilik etmək istədikdə ən əvvəl onun infrasturkturu beynəlxalat standartlara uyğun təşkil edirik. İkinci, o infrostruktur üzərində çalışacaq kadr potensialını təşkil edirik, sonra bu işləri görürük. İnfrastruktur qurmadan və kadr potensialını təşkil etmədən bu işlərə girsəniz, əlbəttə xəstələrlə, onların yaxınları ilə, hətta hüquq-mühafizə orqanları ilə də problemlərin ola bilər.
-Sonda bir kardioloq kimi fikriniz maraqlı olardı. Azərbaycanlıların ürəyi necə döyünür?
– Azərbaycanlıların çox sağlam ürəyi var. Ürəyimiz çöx möhkəmdir. Elmi olmasa da, deyə bilərəm ki, çoxları ilə müqayisədə sağlam ürəklərə sahibik.  Amma onları qorumaq hər birimizin öz əlindədir. Ürək-damar xəstəliklərinin mənim “sevdiyim” xüsusiyyətlərindən biri də odur ki, bu xəstəlik qorunmaq yolu ilə qarşısı alına bilən xəstəliklərdir. Biz istəsək, həyatımızda edə biləcəyimiz, həyat tərzimizdə aparacağımız xırda dəyişiklilərlə özümüzü ürək-damar xəstəliklərindən qoruya bilərik. Bu da bizə Dünya Ürək Federasiyasının devizində deyildiyi ki, daha uzun və daha sağlam yaşamağı təmin edir.
Anar Məmmədov
Milli.Az
URL: http://www.milli.az/news/society/27478.html