Blog
O yeganə orqandır ki, gecə-gündüz dayanmadan çalışır. Əsrlərdir ədəbiyyatın, şeirin, incəsənətin köhnəlməyən mövzusudur. Heç təsadüfi deyil ki, bizim üçün əvəzolunmaz insanları belə onun adı ilə çağırırıq. 
Adətən səmimi, həssas və mülayim insanlarla bağlı “ürəyiyumşaq” təyinindən istifadə edirlər. Tibb elmləri doktoru Kamran Musayev daima ürəklə təmasda olan bir cərrah kimi əmin edir ki, bu cür ifadələr də ürəyin funksiyasına aid edilən məna yüklərindən biridir sadəcə.
“Əməliyyat etdiyim bir çox xəstə mənə bu sualı verir: Həkim mənim ürəyim necəydi? Bu sualın tibbi dildə bir qarşılığı yoxdu. İnsan həyatı ancaq ürək dayandığı zaman bitir. Ürək döyündüyü müddətcə insan yaşayır. İnsan fərqindədir ki, ürək dayandığı təqdirdə o da bitie. Bu mərkəziyyətçilik ürəyə o cür psixoloji-mənəvi anlamlar yükləyir”.
Daha ətraflı “ATV Xəbər”in sujetindən biləcəksiniz.