İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Müasir təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar biologiya” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da tibb elminin qarşısında duran aktual vəzifələrdən danışılıb.
“Dəyirmi masa”nın moderatoru Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov çıxış edərək Forumun əhəmiyyətini, müzakirə edilən mövzuların aktuallığını vurğulamış, bu mötəbər tədbirdən gözləntilərin böyük olduğunu diqqətə çatdırıb.“Dəyirmi masa” çərçivəsində keçirilən üç bölmə iclasında “Molekulyar biologiya: Nailiyyətlər və perspektivlər”, “Transplantologiyanın tibbi və etik problemləri” və “Tibbin deontoloji problemləri” mövzuları müzakirə olunub.
Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat və Kembric Universitetinin professoru Qərib Mürşüdovun moderatorluğu ilə keçirilən birinci bölmə iclasında molekulyar biologiyanın nailiyyətləri və perspektivləri geniş müzakirə edilib.
Professorlar Ömər Özkan və Nuru Bayramovun moderatorluğu ilə keçirilən ikinci bölmə iclasında transplantologiyanın tibbi və etik problemləri ilə bağlı müzakirələr aparılıb.
Akademik Əhliman Əmiraslanovun, professorlar Koray Acarlı və Dilşod Zikiriaxocayevin moderatorluğu ilə keçirilən üçüncü bölmə iclasında müasir tibbin deontoloji problemləri ilə bağlı fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilib.
İclasda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayevin “Kardiovaskulyar təbabətin etik və deontoloji problemləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə kardiologiya və kardiocərrahiyyə sahəsindəki etik və deontoloji problemlərin aktuallığı və bu problemlərin həll edilməsində beynəlxalq təcrübə müzakirə edilmişdir. Şəxsi təcrübəsindən də nümunələr göstərən və cəmiyyətin tibbi etika barəsində maarifləndirilməsinin vacibliyini vurğulayan natiq Azərbaycanda bu sahədə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

“Dəyirma masa”ya yekun vuran akademik Ə.Əmiraslanov bildirib ki, tədbirdə müzakirələrin əsas xəttini həkim-xəstə münasibətləri təşkil edib. Həkimlər hər zaman bu məsələyə xüsusi diqqət göstərməli, xəstələrlə necə davranmağı bilməlidirlər. Bu sahədəki problemlərdən danışan akademik onların aradan qaldırılmasında həkimlərin və tibb işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Ertəsi gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik korpusunda kimya üzrə Nobel mükafatı laureatı Prof.Dr. Ada Yonatla universitet kollektivinin görüşü keçirilmişdir. Bu tədbirdə də iştirak edən Dr. Kamran Musayev qonaq professorla ətraflı müzakirələr aparmışdır.