Yeni Müsavat-ın “Müzakirə Masası ” verilişində dünyanı bürüyən və Azərbaycanda da insanları narahat edən koronovirusun xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəsi, ürək-damar xəstəliklərinin artım səbəbləri, ölkədə ürək cərrahiyyəsi sahəsində vəziyyət və sair məsələlər müzakirə olunub. Sualları Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Prof. Dr. Kamran Musayev cavablandırıb.