Ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev hesab edir ki, yediyimiz qidaların keyfiyyətsiz olması ürək-damar xəstəliklərinin əmələ gəlməsində və sürətlə inkişaf etməsində əsas rol oynayır. Müsahibimizin fikrincə, mətbəxdə heyvan mənşəli yağlardan və ətlərdən istifadə etməyimiz də ürək-damar xəstəliklərinin daha cavan yaşda və daha şiddətli formada baş verməsi ilə nəticələnir.
– Kamran həkim, son illər Azərbaycanda ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı xeyli artıb. Necə fikirləşirsiniz, bu, əsasən nə ilə əlaqədardır?
– Respublikamızda ürək-damar xəstəliklərinin artmasının bizə görə, iki səbəbi var. Bunlardan birincisi, bütün dünyaya aid olan bir səbəbdir. Yəni ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Məsələn, Dünya Səhiyyə Təşkilatının 2006-cı ilə olan məlumatına görə, ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. İkinci yerdə şiş xəstəlikləri gəlir. Amma bu siyahıda birinci və ikinci yerləri bölüşdürmələrinə baxmayaraq, ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Bu cəhətdən dünyanın bir parçası olan respublikamızda da ürək-damar xəstəlikləri getdikcə artır. Amma respublikamıza məxsus olan ikinci bir səbəb də var. Bu, son illər respublikamızda müasir tipli xəstəxanaların qurulması və burada ürək-damar xəstəliklərinin müasir diaqnostikası, müalicəsi metodlarının geniş bir şəkildə tətbiq olunmağa başlanmasıdır. Bu da necə deyərlər, nisbi mənada respublikamızda ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarmışdır. Daha dəqiq desək, əvvəllər bu tipli müəssisələr fəaliyyət göstərmədiyi üçün insanlar bu xəstəlikdən əziyyət çəksələr də bunun ürəklə bağlı olduğunu bilmirdilər. Ancaq indi müasir diaqnostika bunu qısa zamanda müəyyən edir.

– Bəs yediyimiz qidaların ürək-damar xəstəliklərinin artmasında rolu varmı?
– Əlbəttə. Düzdür, bir çox xəstəliklərdə olduğu kimi, ürək-damar xəstəliklərinin də ən böyük yayılma səbəbi genetikadır, irsiyyətdir. Amma bu, yeganə səbəb deyil və ürək-damar xəstəliklərini hazırlayan bir çox faktorlar, səbəblər var. Bunların da başında qidalanma rejimi və siqaret gəlir. Yediyimiz qidaların keyfiyyətsiz olması ürək-damar xəstəliklərinin əmələ gəlməsində və sürətlə inkişaf etməsində çox önəmli bir səbəbdir. Ölkəmizdə heyvan mənşəli yağlardan, ətlərdən mətbəxdə çox istifadə edilir. Bu isə ürək-damar xəstəliklərinin daha cavan yaşda və daha şiddətli formalarda qarşımıza çıxması ilə nəticələnir.
Dünyanın inkişaf etmiş ölkələrində də qidalanma rejimi bu xəstəliyin yayılmasının səbəblərindən biri hesab olunur. Həmin ölkələrdə hazır qidaların çox miqdarda istehlak olunması bu xəstəliklərin geniş vüsət almasına gətirib çıxarır.

– Bəs ölkəmizdə ürək-damar xəstəliklərinin hansı növü daha çox yayılıb?
– Çox gözəl sual verdiniz. Əlbəttə, ürək-damar xəstəliklərinin bir neçə növü var. Azərbaycanda insanlar ən çox ürəyin işemik xəstəliyindən əziyyət çəkirlər. Bu, tac damarlarının tutulması və ya daralması nəticəsində xəstədə sinə ağrılarından başlamış, onun infarkt keçirməsi və hətta ölümünə qədər gətirib çıxaracaq bir sıra klinik vəziyyətlərə səbəb ola bilir. Ürək işemiyası dünyada da yaşından asılı olmayaraq, insanlar arasında ən çox yayılan xəstəlik hesab olunur.

– Həkim, infarkt nədir? İnfarktdan qurtulmaq üçün nə etmək lazımdır?
– “İnfarkt” latın sözü olub, mənası “ölüm” deməkdir. İnfarktın bir neçə növü var. Məsələn, ürək infarktı, beyin infarktı və s. İnfarkt damarların daralması, tutulması nəticəsində bir orqanın və yaxud onun bir hissəsinin ölümü deməkdir. Ürək infarktı dediyimiz şey ürəyin tac damarlarının tutulması və ya daralması nəticəsində onun bir hissəsinin qansız qalması və əzələnin ölməsidir.
– Deyirlər ki, guya ölkəmizdə infarkt daha çox Mərkəzi Aran rayonlarında yaşayan insanlarda baş verir. Sizcə bu, nə ilə əlaqədardır?
– Sözün düzü, o barədə mənim əlimdə dəqiq statistika yoxdur. Amma əlbəttə ki, iqlim şəraiti ürək xəstəliklərinin, xüsusilə, infarktın yayılmasında vacib amillərdən biridir. Həqiqətən də, çox isti və ya çox soyuq iqlimlərdə, fəsillərin dəyişməsi ərəfəsində bu cür xəstələrlə biz həkimlər daha çox qarşılaşırıq.

– Başqa bir fikrə görə, respublikamızda bu cür xəstələrin sayının artması əhalinin sosial problemlərinin çox olması ilə əlaqədardır.
– Bu problem yalnız Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəliklərinin artma səbəblərindən biri hesab olunur. Bunlar stress faktorudur.

– Varlı pulu necə saxlamağın dərdini çəkir, kasıb isə onu necə əldə etməyin. Təxmini qruplaşdırsaq, ürək xəstələri varlılar arasında daha çoxdur, yoxsa kasıblar?
– Bu barədə konkret fikir söyləyə bilmək üçün əlimizdə dəqiq, elmi əsasları olan məlumatlar olmalıdır. Ona görə bu barədə bir fikir yürütmək istəmirəm. Sadəcə, apardığım müşahidələrə əsasən deyə bilərəm ki, bizə müraciət edənlər arasında hər iki təbəqənin nümayəndələri kifayət qədərdir.

– Bir az da ürək-damar xəstəlikləri barədə məlumat verməyinizi xahiş edirəm. Yəni əməliyyat olunmadan infarktın qarşısını almaq mümkündürmü?
– Ürək damarı tutulan, kirəcləşən və ya infarkt keçirən insanların hamısının əməliyyat olunması vacib deyil. Hazırda bu xəstəlik, sözün həqiqi mənasında, insanlığın, səhiyyənin ən böyük problemlərindən biridir. Amma sevindirici bir məqam var ki, hazırda bu xəstəliyin müalicəsində inanılmayacaq dərəcədə inkişaf var. Bu xəstəliyin həm diaqnostikasında, həm də müalicəsində çox müasir metodlar mövcuddur və bunlar hal-hazırda Mərkəzi Klinik Xəstəxanada da tətbiq olunur. Xəstə hər hansı müalicə metodundan fayda görməsi üçün həkimə vaxtında müraciət etməlidir. Elə ona görə də bugünkü kardiologiyanın məqsədi infarktı müalicə etmək yox, onun qarşısını almaqdır. Bunun üçün profilaktik metodlar, dərmanlar var. Təəssüf ki, ölkəmizdə də ürək-damar xəstələrinin bir hissəsi infarkt keçirir. Bundan sonrakı mərhələ üçün isə bizim əlimizdə həm diaqnostika, həm də müalicə baxımından çox ciddi imkanlar var. Əməliyyat da, sadəcə, bu müalicə metodlarından biridir.

– Xolesterol ürəkdə ciddi fəsadlara səbəb ola bilir. Xolesterolla bağlı yaş həddi varmı? Məsələn, 24 yaşım var deyə, mənə elə gəlir ki, qanımda xolesterol ola bilməz.
– Həqiqətən də, orqanizmdəki damarların kirəcləşməsinin ən böyük elementi xolesterol və onun fraksiyalarıdır. Xolesterol hər bir insanda var. Hətta araşdırmalara görə, ana bətnindəki uşağın damarlarının divarında da buna rast gəlinir. Sadəcə, illər ötdükcə damarların divarında onun miqdarı getdikcə artır. Buna görə də yaşlı insanlarda xolesterolun miqdarı daha çox olur.
Xolesterolun damarlarımızda olması normal haldır. Çünki xolesterol da insan orqanizminə lazım olan maddələrdən biridir. Xüsusilə, beyin funksiyalarının yerinə yetirilməsində xolesterol lazımlı bir maddədir. Amma onun da bir norması var, nə çox, nə də az olmamalıdır. Bunun üçün, ilk növbədə, pəhrizimizə ciddi şəkildə əməl etməli, müxtəlif preparatlardan faydalanmalıyıq.

– Bu günlərdə Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə mini-invaziv üsulla ürək əməliyyatı aparıldı. Bunun digər əməliyyat növlərindən üstünlüyü nədədir?
– Ürək-damar tutulmasının həm cərrahi, həm də digər metodlarla müalicəsi Mərkəzi Klinik Xəstəxanada uğurla tətbiq olunur. Qeyri-cərrahi yolla müalicə üsulundan ən vacibi tutulan damarların stend dediyimiz kiçik qurğularla içəridən yenidən genişləndirilməsidir. Cərrahi yolla müalicə isə koronar şuntlama əməliyyatıdır. Koronar şuntlama əməliyyatı ürəyin tac damarlarının yerinə həmin insanın orqanizmindən götürülmüş damarın əlavə edilməsidir. Bu cərrahiyyə növü son illərdə çox inkişaf edib. Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bu əməliyyatlar döyünən ürəyin üzərində, süni aparata qoşulmadan, döş qəfəsinin tamlığı pozulmadan, sümükləri kəsilmədən yalnız qabırğa qövsünün qaldırılması yolu ilə icra olunur. Buna döyünən ürəkdə koronar şuntlama əməliyyatı – mini-invaziv metod deyilir. Sevindirici haldır ki, 21-ci əsrin ürək cərrahiyyəsi olan bu əməliyyat növü artıq Mərkəzi Klinik Xəstəxanada da uğurla aparılır. Hesab edirəm ki, bu, ölkəmizdə ürək cərrahiyyəsinin çox yüksək səviyyəyə yüksəlməsinin bariz nümunəsidir.

– Hədəfdə nələr var? Yəqin ki, soydaşlarımızı bu cür yeniliklərlə hələ çox sevindirəcəksiniz…
– Biz mini-invaziv metodlarla ürək qapaqlarının dəyişdirilməsi, bərpası əməliyyatlarını həyata keçirmək, uşaqlarda anadangəlmə ürək qüsurlarını aradan qaldırmaq üçün yeni metodlar tətbiq etmək niyyətindəyik. Texniki və kadr bazası olaraq bu işə də hazırıq və koronar şuntlama ilə əsasını qoyduğumuz digər metodları respublikamızda həyata keçirə biləcəyimizə şübhə etmirik.