Blog
Bakıda “Azərbaycan Türkiyə məzunları və Qarabağ şəhid ailələri görüşü” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində “Selçuk Bayraktar ilə milli texnologiya həmləsi söhbəti” də baş tutub.
“TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Selçuk Bayraktar xaricdə keçirilən ilk “TEKNOFEST” festivalının məhz Azərbaycanda baş tutmasının təsadüfi olmadığını vurğulayıb. Daha sonra o, pilotsuz uçan aparat hazırlıqlarına başlamasından “Bayraktar TB-3”ə qədər keçilən yol barədə məlumat verib və yeni nəsil PUA-ların hazırlanmasında azərbaycanlı mütəxəssislərin də iştirak ediyini söyləyib.
Türkiyə məzunları adından Selçuk Bayraktara təşəkkür plaketini Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Porf. Dr. Kamran Musayev təqdim edib.